Məhkəmə qərarları › İş №3(041)-1069/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1069/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1069/2024 15.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 17.45-də Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1989-cu Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Kürdəmir rayon 30 saylı Yol İstismarı İdarəsinin İnzibati binasında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddələri ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1,Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus ev quşları və dəmir çarpayını gizli yolla oğurlayaraq zərərçəkmiş şəxslərə maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxs1,Zərərçəkmiş şəxs2,Zərərçəkmiş şəxs3və Zərərçəkmiş şəxs4 şikayət ərizəsi əsasında Kürdəmir rayon Polis şöbəsin Təhqiqat Bölməsində araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığı üçün Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı tərəfindən hər bir epizod üzrə xx.xx.2024, xx.xx.2024,xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə cinayət işinin başlnılması rədd edilmiş, onun əməlində AR İXMnin 227-ci maddəsinin tərkibi olduğundan və hər bir epizod üzrə ayrı-ayrılıqda barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törədən Şəxs göstərdi ki, Zərərçəkmiş şəxs1,Zərərçəkmiş şəxs2,Zərərçəkmiş şəxs3və Zərərçəkmiş şəxs4nnı əvvəllər tanımamışdır. Özü işsiz olduğu üçün pula ehtiyacı olmuş və ayrı-ayrı vaxtlarda yuxarıda adları qeyd edilən şəxslərə məxsus ev quşlarını və dəmir çarpayını oğurlayaraq aparıb tanımadığı şəxsə sataraq pulu öz ehtiyaclarına xərcləmişdir. O. Zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1,Zərərçəkmiş şəxs2,Zərərçəkmiş şəxs3və Zərərçəkmiş şəxs4 lazimi qayda məlumat verilməsinə baxmayaraq onlar,məhkəmə iclasına gəlməmiş, lakin onlar, ərizə göndərərk ona dəymiş ziyanın ödənilmədiyini bildiriək şikayətçi olduqlarını və Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişlər. Şəxs əməli özünün etirafı, zərərçəkmiş şəxslərin polis şöbəsində verdikləri izahatları və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs1,Zərərçəkmiş şəxs2,Zərərçəkmiş şəxs3və Zərərçəkmiş şəxs4 məxsus ev quşlarını və dəmir şarpayını oğurlayaraq zərərçəkmiş şəxslərə ümumilikdə 295 manat maddi ziyan vurmuş, ziyanı ödəməmiş və zərərçəkmiş şəxslərlə barışmamışdır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə , QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib barəsində 02 (iki) ay müddətinə inzibati həbs tətbiq edilsin. Həbsetmənin əvvəli 14 noyabr 2024-cü il tarixdən hesablansın. Maddi ziyanın ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslərə mülki qaydada iddia qaldırma hüquqları izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar