Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1070/2023 25.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3şikayət ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, özünə məxsus “HUNDAİ AVANTE” markalı,**-UL-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. xx.xx.2023-cü il tarixdə Bakı-Qaaax yolunda hərəkətdə olarkən yol patrul xidmətinin əməkdaşları ona saxla işarəsi vermiş və o, onların saxla əmrinə tabe olaraq idarə etdiyi avtomobili saxlamışdır.Polis əməkdaşalrı ona yaxınlaşıb özlərini təqdim edərək ona bildirmişlər ki,o, içki içmişdir. O, isə içki içmədiyini bildirsə də o,əraziyə həkim çağrılmasını xahiş etmiş, lakin polis əməkdaşları həkim çağırmadan onun barəsində inzibati xəta haqqında protokol tərtib edərək onun sərxoş olmasını göstərmişlər. O, özü Bakı şəhərində həkim müayinəsindən keçmiş, onun ayıq olması müəyyən edilmişdir. O. Sərxoş olmas da polis əməkdaşları onun barəsində AR İXM-nin 333.1 və 327.1-ci maddələri inzibati xəta haqqında protokol tərtib etmişlər.O, protokolla razılaşmayaraq protokola imza etməkdən imtina etmişdir. Sonradan ona məlum olmuşdur ki, onu 400 manat cərimə etmişlər. Hesab edir ki, barəsində tərtib edilən inzibati xəta haqqında protokol əsassızdır. Odur ki, barəsində DİN BDYPİ-i tərəfindən tərtib edilmiş TP ******* saylı,xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə DİN BDYPİ-nə lazimi qaydada məlumat verilməsinə baxmayaraq, onlar teleqram göndərərək iş yükünün çox olması səbəbindən məhkəmə iclasına gələ bilməyəcəklərini, barələrində olan şikayətə onların iştiarakı olmadan baxılmasını xahiş etmiş və şikayət üzrə zəruri olan sənədləri məhkəməyə göndərərək Taleh Səmədovun şikayətinin əsassız olduğöunu və şikayətin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişıər. Azərbaycan Respublikası İXM-nin 133-.2.4-cü maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir, yaxud şikayətə və ya protestə baxılma təxirə salınır, şikayətə və ya protestə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir Həmin Məcəllənin 133.2.8-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Həmin Məcəllənin 131.1-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası BDYPİ-nin Vİ X7 xidmətinin inspektoru Calal İslamov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünü ki, X3 barəsində AR İXM-nin 327.1 və 333.14-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materialalrına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görüür ki, X4 AR İXM-nin 327.1 və 333.1-ci maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. X1 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli, ******* saylı “Sərxoşluq halalrının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoludan görünü ki, xx.xx.2023-cü il tarixdə, saat 13.46-da X3 müayinədən keçirilərən ayıq olmuşdur. DİN BDYPİ-nin məhkəmyə göndərdiyi sənədlərə baxış zamanı müaəyyən edilmişdir ki, X3 polis əməkdaşları tərəfindən saxlanılarkən o, pivə içdiyini etiraf edərək əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə şikayəti,əlavə edilmiş sənədləri və Azərbaycan Respublikası DİN DYPİ-nin məhkəməyə göndərdiyi sənədlərini araşdıraraq hesab edir ki, DİN BDYPİ-i tərəfindən tərtib edilmiş TP ******* saylı,xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və həmin qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi üçün X1 göstərdikləri həmin qərarın ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz və təyin edilmiş 400 manat inzibati tənbeh onun törətdiyi inzibati xətanın xarakterinə uyğun olmaqla qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin tələbinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Beləliklə məhkəmə hesab edir ki, DİN BDYPİ-i tərəfindən tərtib edilmiş TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta haqda iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9,21,129 və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respubliaksı DİN BDYPİ-i tərəfindən tərtib edilmiş TP ******* saylı,xx.xx.2023-cü il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-1070/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1070/2023
25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver