Məhkəmə qərarları › İş №3(041)-1070/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1070/2025

09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1070/2025 09.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şamaxı rayonu Quşçu kəndində qeydiyyatda olmaqla, Kürdəmir rayonu Məhərrəmli kəndində yaşayan, (Fin:xxxxxxx) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs mülki ov silahının saxlanması və daşınması qaydasını pozmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə günorta radələrində 01 ədəd "İJ" markalı, tək lüləli, 16 çaplı, 9602 nömrəli sənədləri olmayan yivsiz ov silahı ilə Kürdəmir rayonu Ərşəli kənd ərazisində piyada hərəkətdə olduğu zaman polis əməkdaşları ona yaxşınlaşaraq özlərini təqdim etmiş və ondan silahın sənədinin olub-olmamasını soruşmuşlar. O silahın sənədinin olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Kürdəmir RPŞ-nə dəvət etmiş və barəsində protokol tərtib etmişlər. İşə əlavə edilmiş, cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan məlum olur ki, Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı Samir Məlikov xx.xx.2025-ci il tarixdə Kürdəmir RPŞ-nin rəisinə raportia məruzə edərək, həmin tarixdə Kürdəmir rayonu Ərşəli kəndində Şamaxı rayon sakini Şəxs sənədsiz ov tüfənginin aşkar olunmasını bildirmişdir. Araşdırma zamanı X2 izahatında Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işlədiyini, xx.xx.2025-ci il tarixdə günorta radələrində Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı Səbri Tahirov ilə birlikdə Kürdəmir rayonu Ərşəli kənd ərazisində xidmətdə olduqları zaman bir nəfər kənd sakinin ov silahı ilə piyada hərəkət etməsini gördüklərini, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdiklərini və silahın sənədinin-olub olmamasını soruşduqlarını, həmin şəxs silahın sənədinin olmadığını bildirdiyini, həmin şəxsi RPŞ-nə dəvət etdiklərini, sonradan həmin şəxsin Şamaxı rayon sakini Şəxs olması onlara məlum olduğunu bildirmişdir. X3 izahatında X1 izahatında göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişdir. Şəxs aşkar edilərək götürülmüş 01 ədəd "İJ" markalı, tək lüləli, 16 çaplı, 9602 nömrəli yivsiz ov silahının RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılması üçün aidiyyəti üzrə təhvil verilmişdir. Kürdəmir RPŞ-nin İTB-nin XÜBİ polis baş leytenantı Fəhmin Kərimlidən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-13-86/1-24791/2025 nömrəli raportda göstərilmişdir ki, Şəxs adına vahid məlumat portalında ov silahının qeydiyyatda olmaması müəyyən edildi. Beləliklə də aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı Samir Məlikov raportu əsasında, Şamaxı rayonu Quşçu kəndində qeydiyyatda olmaqla Kürdəmir rayonu Məhərrəmli kəndində yaşayan Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanması, daşınması, başqa şəxsə verilməsi və ya satılmasına görə Azərbaycan Respublikası İXMnin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Şəxs törətdiyi inzibati xəta barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq sözü gedən silahın müsadirə edilməklə onun barəsində aşağı həddə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 80 (səksən) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Kürdəmir rayon polis şöbəsində saxlanılan, Şəxs götürülmüş 1 ədəd “İJ” markalı, tək lüləli, 16 çaplı, 9602 nömrəli sənədləri olmayan yivsiz ov silahı müsadirə edilsin və Azərbaycan Respublikası DİN-nin X4 Baş İdarəsinin Mərkəzi Anbarına təhvil verilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar