Məhkəmə qərarları › İş №3(041)-1071/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1071/2023

21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1071/2023 21.11.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, AR Vəkillər Kollegiyasının üzvü, vəkil X2 iştirakı ilə xx.xx.1988-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir şəhəri, Q.Qarayev küçəsi,ev 6-da yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2023-cü il tarixdə ictimai qaydanın mühafizəsi üzrə vəzifələri icra edən Kürdəmir RPŞ-inin əməkdaşının qanuni tələbinə qəsdən tabe olmaması göstərilmiş və onun barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində etibarnamə ilə idarə etdiyi “VAZ 2170 Markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Kürdəmir RPŞ DYPB-nin əməkdaşı və adını X1 işarəsi vermiş və o, da avtomobili saxlayamışdır. Polis əməkdaşı ona yaxınlaşaraq avtomobilin arxa burjininin kəsildiyini demiş, o, isə avtomobillə yük daşıdığına görə burjinilərin ölməsini demişdir. Bundan sonra yol polisi əməkdaşı avtomobili duracağa yerləşdirəcəyini demiş və avtomobili duracağa yerləşdirmişlər. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində o, Muxrtara zəng edərək DYPB-nin rəisi Zamiq Ağayevin işdə olub-olmamasını soruşmuş və o, da Zamiq Ağayevin işdə olduğunu demiş və o, da Zamiq Ağayevə zəng edərək onun iş yerinə getmək istəməsini demiş, Zamiq Ağayev də ona hazırda bölmədə yoxlama olduğunu bildirmiş və ondan saat 3-4 arası gəlməsini demişdi. O, da dərhal şöbəyə getmiş və Zamiq Ağayevdən avtomobilini buraxmasını xahiş etmiş, avtomobilin axra hissəsinin yatmasına görə yazılan cəriməni ödəyəcəyini demişdir. Həmin vaxtı bölmədə olan adını bilmədiyi və polkovnik rütbəli şəxs ona avtomobilin burjininin dəyişmək lazım olduğunu izah etmiş, o, da həmin avtomobillə yük daşıdığını və hər dəfə ona burjini dəyişdirmək lazım olacağını demişdir. Bundan sonra o, bir daha Zamiq Ağayevdən avtomobili buraxmasını xahiş etmiş, Zamiq Ağayev isə onu nalayiq ifadələrlə təhqir edərək ona zərbələr endirərək döymüş yaxasından tutaraq pilləkənlərə doğru sürümüşdür. Bir az sonra polis əməkdaşları gəlmiş və onu heç bir tabesizlik göstərmədən Kürdəmir RPŞ-nə aparmışdır. Polis şöbəsinə gələndən sonra onun barəsində inzibati xəra haqqında protokol tərtib emişlər. O, heç bir tabesizlik etməmiş və qanun pozuntuzuna yol verməmişdir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ DYPB-nin rəisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 19.20 radələrində Kürdəmir rayon sakini X3 idarə etdiyi “VAZ 2170” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobil avtmobilin konstruksiyasının nasaz olması səbəbindən xidmətdə olan DYPB-nin inspektorları, polis baş serjantı Muxtar Əkbərov və polis serjantı Elşad Heydərzadə təqərfindən saxlanılmış və bnasazlığı aradan qaldırılanadək müvəqqəti olaraq dayanacağa yerləşdirilərək Tural Əsgərzadə barəsində AR İXM-nin 342.5-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 14.50-də DYPB-nin inzibati binasında təlimat keçirilən zamanTural Əsgərzadə binaya daxil olmuş və uca səslə avtomobilin duracağa yerləşdirilməsinə etirazını bildirmiş, o, da həmin vaxtı onların yanında olan polis polkovniki Nicat müəllimin yanında Turala 2 ədəd burjin alıb gətirməsini və dəyişdirildikdən sonra avtomobili aparmasını bildirmiş, Tural isə israrla avtomobili aparmaq istədiyini demişdir. Həmin vaxtı onların yanında olan yoxlayıcı şəxs də Turala burjinin dıəyişmək lazım olduğunu və qəza şəraiti yarada biləcəyini izah etsə də,Tural o, avtomobillə yük daşıdığını və hər dəfə burjunin dəyişmək lazım olacağını bildirmişdir. Tural onların iş rejimini pozduğu üçün o, bir daha Turala burjini dəyişdikdən sonra avtomobili gəlib aparmasını desə də Tural uca səslə mübahisə edərək inzibati binadan getmək istəməmiş, o, da Turalın yaxasından yapışıb onu inzibati binadan çıxarmaq istəmiş, Kürdəmir RPŞ-nin növbətçi hissəinə zəng edərək kömək üçün əlavə öpolis əməkdaşları gödərilməsini xaiş etmişdir. Bir az sonra polis əməkdaşalrı gəlmiş və Turalı polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 oğlu ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ İTB-də baş inspektor vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə növbətçi hissədə olmuş və raport əsasında Şəxs barəsində protokol tərtib etmişdir. O,Turalın tabesizlik göstərməsinin şahidi olmamışdır. Məhkəmə öz daxili inamına və məhkəmə araşdırması zamanı əldə olunan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs polisin qanuni tələbinə tabesizlik göstərməmiş, heç bir qanun pozuntusuna yol verməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar