Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1072/2023 21.11.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 18.40-da Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun vəkili Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil X3 və zərərçəkmiş X5 iştirakı ilə xx.xx.1988-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir şəhəri, Q.Qarayev küçəsi,ev 6-da yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir rayon Polis şöbəsinin DYPB-nin inzibati binasında polis əməkdaşı X12 ilə mübahisə edərək ictimai qaydanı pozan və ya fiztki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər etmişdir. X5 raportu əsasında Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində etibarnamə ilə idarə etdiyi “VAZ 2170 Markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Kürdəmir RPŞ DYPB-nin əməkdaşı və adını X2 işarəsi vermiş və o, da avtomobili saxlayamışdır. Polis əməkdaşı ona yaxınlaşaraq avtomobilin arxa burjininin kəsildiyini demiş, o, isə avtomobillə yük daşıdığına görə burjinilərin ölməsini demişdir. Bundan sonra yol polisi əməkdaşı avtomobili duracağa yerləşdirəcəyini demiş və avtomobili duracağa yerləşdirmişlər. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində o, Muxrtara zəng edərək DYPB-nin rəisi Zamiq Ağayevin işdə olub-olmamasını soruşmuş və o, da Zamiq Ağayevin işdə olduğunu demiş və o, da Zamiq Ağayevə zəng edərək onun iş yerinə getmək istəməsini demiş, Zamiq Ağayev də ona hazırda bölmədə yoxlama olduğunu bildirmiş və ondan saat 3-4 arası gəlməsini demişdi. O, da dərhal şöbəyə getmiş və Zamiq Ağayevdən avtomobilini buraxmasını xahiş etmiş, avtomobilin axra hissəsinin yatmasına görə yazılan cəriməni ödəyəcəyini demişdir. Həmin vaxtı bölmədə olan adını bilmədiyi və polkovnik rütbəli şəxs ona avtomobilin burjininin dəyişmək lazım olduğunu izah etmiş, o, da həmin avtomobillə yük daşıdığını və hər dəfə ona burjini dəyişdirmək lazım olacağını demişdir. Bundan sonra o, bir daha Zamiq Ağayevdən avtomobili buraxmasını xahiş etmiş, Zamiq Ağayev isə onu nalayiq ifadələrlə təhqir edərək ona zərbələr endirərək döymüş yaxasından tutaraq pilləkənlərə doğru sürümüşdür. Bir az sonra polis əməkdaşları gəlmiş və onu Kürdəmir RPŞ-nə aparmışdır. Hesab edir ki, O, Zamiq Ağayevi təhqir etməmiş və heç bir ictimai qaydanı pozmamışdır. X20 döyərək onu nalayiq ifadələlrə təhqir etmişdir. DYPB-nin inzibati binasında video kameralar da vardır əgər həmin görüntülər əldə edilərsə onun həqiqəti söylədiyi aşkar olunacaqdır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş X14 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ DYPB-nin rəisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 19.20 radələrində Kürdəmir rayon sakini X4 idarə etdiyi “VAZ 2170” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobil avtmobilin konstruksiyasının nasaz olması səbəbindən xidmətdə olan DYPB-nin inspektorları, polis baş serjantı Muxtar Əkbərov və polis serjantı Elşad Heydərzadə təqərfindən saxlanılmış və bnasazlığı aradan qaldırılanadək müvəqqəti olaraq dayanacağa yerləşdirilərək Tural Əsgərzadə barəsində AR İXM-nin 342.5-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 14.50-də DYPB-nin inzibati binasında təlimat keçirilən zamanTural Əsgərzadə binaya daxil olmuş və uca səslə avtomobilin duracağa yerləşdirilməsinə etirazını bildirmiş, o, da həmin vaxtı onların yanında olan polis polkovniki Nicat müəllimin yanında Turala 2 ədəd burjin alıb gətirməsini və dəyişdirildikdən sonra avtomobili aparmasını bildirmiş, Tural isə israrla avtomobili aparmaq istədiyini demişdir. Həmin vaxtı onların yanında olan yoxlayıcı şəxs də Turala burjinin dıəyişmək lazım olduğunu və qəza şəraiti yarada biləcəyini izah etsə də,Tural o, avtomobillə yük daşıdığını və hər dəfə burjunin dəyişmək lazım olacağını bildirmişdir. Tural onların iş rejimini pozduğu üçün o, bir daha Turala burjini dəyişdikdən sonra avtomobili gəlib aparmasını desə də Tural uca səslə mübahisə edərək inzibati binadan getmək istəməmiş, o, da Turalın yaxasından yapışıb onu inzibati binadan çıxarmaq istəmiş, Kürdəmir RPŞ-nin növbətçi hissəinə zəng edərək kömək üçün əlavə öpolis əməkdaşları gödərilməsini xaiş etmişdir. Bir az sonra polis əməkdaşalrı gəlmiş və Turalı polis şöbəsinə aparmışlar.O,Turalı döyməmişdir, əksinə Tural onu nalayiq ifadələrlə təhqir etmişdir. Belə ki, səs-küyə inzibati binanın 1-ci mərtəbəsində olan yol polis inspektorları da gəlmiş və Turalı sakitləşdirmək istəsələr də Tural sakitləşməmiş və onu nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. O, Turalın qanun qarşısında cavab verməsini xahiş edir və Tural barəsində qanuni tədbir görülməsini xaiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ DYPB-də baş inspektor vəzfəsində işləyir. O, adını sonradan bildiyi Tural Əsgərzadənin saxlanılmasında iştirak etməmişdir. Lakin xx.xx.2023-cü il tarixdə Kürdəmir RPŞ DYPB-nin inzibati binasının 1-ci mərtəbəsində olarkən yuxarı mərtəbədə səs-küy eşitmiş və dərhal 2ci mətrəbəyə qalxmış və həmin vaxtı X29 avtomobilin burjunlarını dəyişdikdən sonra gəlib avtomobili ara biləcəyini dediyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ DYPB-də inspektor vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə o, DYPB-nin inzibati binasında olarkıən Turalın binaya daxil olduğunu görmüşdür. Bir az sonra 2-ci mərtəbədə səs-küy eşitmiş və həmin yerə getmiş və X18 Ağayevlə mübahisə etdiyi görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, o, DYPB-də inspektor vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə DYPB-nin inzibati binasında olarkən Tural Əsgərzadənin inzibati binaya daxil olduğunu görmüşdür. Bir az sonra 2-ci mərtəbədən səs-küy eşitmiş və 2-ci mərtəbəyə qalxmış və X25 mübahisə etdiyini və onu nalayiq ifadələrlə təhqir etdiyini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstədi ki, o, Kürdəmir RPŞ DYPB-də inspektor işləyir. xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən sonradan tanıdığı Tural Əksərzadənin avtomobillə gəldiyini və həmin avtomobilin arxa hissəinin konstruksiyasında dəyişiklik olduğunu görüb avtomobili saxlamış və sürücüdən avtomobilin arxa hissəinin burjunlarını kəsib-kəsmədiyini soruşmuş, Tural isə yük daşıdığı üçün burjunların öldüyünü demiş və o, da çatışmamazlıq aradan qalxanadək müvəqqəti olaraq avtomobili duracağa yerləşdirmişdir. xx.xx.2023-cü il tarixdə DYPB-nin inzibati binasının 1-ci mərtəbəsində olarkən Turalın inzibati binaya daxil olduğunu görmüş və bir az sonra inzibati binanın 2-ci mərtəbəsində səs-kü eşidərək yuxarı qalxmış və X25 mübahisəini görmüşdür. Həmin vaxt X31 burjunları dəyişdikdən sonra avtomobili aparmasını demişdir. Məhkəmə araşdırması zamanı Şəxs əməli özü etiraf etməsə də zərərçəkmiş şəxsin izahatı,şahid ifadələri,hadisənin baş vermə şəraitindən habelə iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə Şəxs məhkəmədə verdiyi izahatını özünü müdafiə xarakterli müdafiə kimi qiymətləndirir və belə hesab edir ki, Tural öz hərəkətləri ilə ictimai qaydanı pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmədə inzibati xəta hadisəsi törədən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat açılmış şəxs X1 RPŞ DYPB-nin rəisi və hazırki iş üzrə zərərçəkmiş şəxs X15 tərəfindən döyüldüyünü və ona zərbələr yetirdiyini bildirmişdir. Ona görə də məhkəmə Şəxs döyülüb-döyülməməsi faktını araşdırılması üçün Kürdəmir rayon prokurorluğuna məlumat verilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta hadisəsi törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq, tərəflər arasında belə halların dəfələrlə təkrar olunmasını və belə halların qarşısını almaq üçün məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, ona 10 (on) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 21 noyabr 2023-cü il tarixdən hesablansın. Barəsində inzibati icraat açılmış şəxs X1 RPŞ DYPB-nin rəisi və hazırki iş üzrə zərərçəkmiş şəxs X15 tərəfindən döyülməsi faktının araşdırılması üçün Kürdəmir rayon prokurorluğuna məlumat verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-1072/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1072/2023
21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver