Məhkəmə qərarları › İş №3(041)-1073/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1073/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1073/2024 28.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi X3, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs, Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1977-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Yelax şəhəri, İ.Dəmirov küçəsi,57-də qeydiyyatda olmaqla, Kürdəmir rayonu Atakişili kəndində yaşayan, Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs məhkəmə qərarlarını qəsdən icra etmədiyi üçün xx.xx.2024-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmiş və onun inzibati məsuliyyətə cəlb eduilməsi xahiş edilmişdir. Məhkəmədə iclasında Şəxs göstərdi ki, Kürdəmir rayon məhkəməsinin qətnaməsindən məlumatı olmuş, bir müddət işsiz olduğu üçün icra sənədini icra edə bilməmidir. 10-15 günə o, sahibkar kimi fəaliyyyətə başlayacaqdır və 2000 manatı hazırda ödəyəcək, 1000 manat hissəsini dekabrın sonuna, qalan pulu isə yanvar ayının sonunadək ödəyəcəkdir. O, işsiz olduğu üçün ödəniş edə bilməmişdir. O, məhkəmə qərarına hörmətlə yanaışır və qətnamənin icra olunmasında heç bir qərəzi olmamışdır. Məhkəmə iclasında şahid kimi izahat verən icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs gödtərdi ki, onun özünün də imaknı yoxdur. Onun özünün də borcu vardır. Hazırda 2000 manat versin, dekabr ayının sonu 2000 manat, qalan borcu isə yanvar ayından verib qurtarsın. Məhkəmədə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 göstərdi ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-570/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən, Şəxs 12000 manat Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədi üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, onun icra şöbəsinə gəlməsi və borcunu ödəməsi tələb olunmuş, lakin icra sənədini tam icra etməmiş və onun 12000 manat borcu qalmışdır. Hazırda borclu 2000 manat ödəniş etmək istəyir. Beləliklə, məhkəmə barəsində inzibati icraat aparılan Şəxs, tələbkarın və İcra məmuru Mikayıl Şəldiyevin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati material üzrə icraata xitam verilməlidir. Belə ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-570/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən, Şəxs 12000 manat Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs dekabr ayının sonunadək 2000 manat ödəyəcəyini, qalan borcunu isə yanvar ayının sonunadək ödəyəcəyinə söz verir. Şəxs məhkəmə qərarına hörmətlə yanaşdığını və heç bir qərəzinin olmadığını göstərmişdir. Tələbkar da borclunun təklifi ilə yəni borcun barəsindəə icraat aparılan şəxsin qeyd etdiyi qaydada ona qaytarılması ilə razı olduğunu bildirmişdir. Məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq hesab edir ki, Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə bağlı heç bir qərəz yoxdur və icra məmumurunun çağırışına da könüllü olaraq gəlmişdir. Ona görə də onun barəsində olan inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilir ki, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinəəsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53,106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar