Məhkəmə qərarları › İş №3(041)-1074/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1074/2024

19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1074/2024 19.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və Kürdəmir RPŞ-nın İTB-nın polis sahə rəisi X2 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Kürdəmir rayon ərazisində yerləşən “Arif Market” də mühafizəçi işləyən, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək xırda xüluqanlıq əməlinə yol vermiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın polis sahə rəisi X3 inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandıraraq bildirdi ki, Kürdəmir rayonunun Qaraqocalı kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü ildə DİN-nin 102 xidmətinə zərg vuraraq, həmçinin Kürdəmir rayon polis şöbəsinə ərizə ilə müraciət edərək iş yoldaşı Şəxs tərəfindən söyülüb təhqir edildiyini bildirmişdir. Şikayət ərizəsi qeydiyyata alınaraq, araşdırma aparılması üçün onun icraatına verilmişdir. Aparılmış araşdırma zamanı onların izahatları alınmış, izahatları alınarkən Şəxs onun xidməti iş otağında da xoşa gəlməz hərəkətlər edərək ucadan səsküy salmış, sakitləşdirmək üçün otaqdan çölə çıxarmaq istəyərkən Şəxs əli onun paltarının düymələrini qırmışdır. Nəticədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək adiyyəti üzrə baxılması üçün məhkəməyə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonunun Atakişili kəndində yaşayır, subaydır, Kürdəmir rayon ərazisində yerləşən “Arif Market” də mühafizəçi işləyir, zərərçəkmiş Zərərçəkmiş şəxs onun iş yoldaşıdır, iş yoldaşı kimi normal münasibətdə olmuşlar. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs anası marketin yanına toplaşan sahibsiz itlər barəsində ondan marketin müdür müavininə şikayət etmiş, həmin şikayətlə bağlı xx.xx.2024-cü il tarixdə iş yerində olarkən Zərərçəkmiş şəxs müraciət edərək anasının tutduğu hərəkətə görə öz iradlarını bildimiş, aralarında gedən söhbət zamanı əsəbləşdiyi üçün Leylanın ünvanına xoşa gəlməz sözlər demişdir. Həmin vaxt marketdə çalışan işçilər onara yaxınlaşaraq mübahisəni sakitləşdirməyə çalışmışlar. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 mərkəzi-zəng xidmətinə vermiş olduğu məlumatdan sonra Kürdəmir rayon polis şöbəsinin əməkdaşları oraya gələrək onu və Leylanı şöbəyə dəvət etmişlər. Polis şöbəsinə gedərək baş verənlər barədə izahat vermiş, izahatı alınarkən polis əməkdaşları ilə aralarında qısa müddətli söz-söhbət olmuş, nəticədə inzibati qaydada tutularaq bir gün şöbədə saxlanmışdır. Barəsində olan inzibati xəta haqqında material məhkəmənin icraatına daxil olduqdan sonra Zərərçəkmiş şəxs ilə barışmış, ondan üzr istəmişdir. Şəxs izahatının sonunda Zərərçəkmiş şəxs ilə aralarında olan söz-söhbətə görə peşman olmasını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahatında bildirdi ki, “Arif Market” də, kassir vəzifəsində çalışır, Şəxs həmin marketdə mühafizəçi işləyir, aralarında ədavət və düşmənçilik yoxdur. xx.xx.2024-cü il tarixdə anası “Arif Market”-in yanına gecə vaxtı sahibsiz küçə itlərinin yığılması ilə bağlı marketin müdir müavininə etirazlarını bildirmişdir. xx.xx.2024-cü il tarixdə Şəxs aqressiv şəkildə barmağının işarəsi ilə onu bayıra çağırmış və anasının etdiyi şikayətə görə ünvanına nalayiq ifadələr işlətmiş və hədə-qorxu gələrək onu marketin işçiləri və marketdə olan müştərilərin yanında təhqir etmişdir. Həmin vaxt iş yoldaşları onlara yaxınlaşaraq mübahisəni sakitləşdirməyə çalışsalar da, Yelmar yüksək səslə söyüşlərini davam etdirərək üstünə cummaqda davam etdiyinə görə Azərbaycan Respublikası DİN-nin 102 mərkəzi-zəng xidmətinə vermiş olduğu məlumatdan sonra Kürdəmir rayon polis şöbəsinin əməkdaşları oraya gələrək onu və Yelmarı şöbəyə dəvət etmişlər. Baş verənlər barədə izahat vermək üçün polis şöbəsində də Şəxs sakitləşdirə bilməmiş, polis əməkdaşları ilə mübahisə edərək, əli ilə polis əməkdaşı Orxan Yolçiyevin paltarının düymələrini qırdığını görmüşdür. Mübahisədən sonra Şəxs ona müraciət edərək üzr istəmiş, buna görə Yelmara qarşı şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, Şəxs ilə Zərərçəkmiş şəxs onun iş yoldaşlarıdır, onlarla münasibəti həmişə yaxşı olmuşdur.xx.xx.2024-cü il tarixdə işdə olarkən Yelmarın Leyla ilə mübahisə etdiyini və ucadan Leylanın ünvanına xoşa gəlməz sözlər işlətdiyini görmüşdür. Yelmarı sakitləşdirə bilmədikləri üçün Leyla məcbur olub, polis əməkdaşlarını hadisə yerinə çağırmış və oraya gələn polis əməkdaşları hər ikisini polis şöbəsinə aparmışlar. Onların mübahisəsini və Yelmarın söyüşlərini marketdə çalışan işçilər, müştərilər və marketin yanından keçən tanımadığı kənar şəxslər eşitmiş və görmüşlər. Şəxs törətdiyi inzibati xəta özünün etirafı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, AZA000528 nömrəli inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il saat 18.10-da inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 05 (beş) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu gündən, yəni 18 noyabr 2024-cü il saat 18.10-dan hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar