Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1075/2023 22.11.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 17.15-də Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1983-cü ildə Ağcəbədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ağcəbədi şəhəri, H.Hacıyev küçəsi, ev 239-da yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2023-cü il tarixdə ictimai qaydanın mühafizəsi üzrə vəzifələri icra edən Kürdəmir RPŞ əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnziati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, özü Ağcəbədi rayonunda yaşayır. xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonun Çərtəyəz kəndində yaşayan xalasıgilə qonaq gəlmiş və həyət qapısı bağlı olduğu üçün qapının ağzında bir az gözləmiş, həmin vaxtı adını sonradan bildiyi İsrail adlı şəxs ondan nə isə soruşmuş, o, isə sərxoş olduğu üçün onunla mübahisə etmişdir. Bundan sonra İsrailin Kürdəmir RPŞ-nə etdiyi şikayət əsasında polis əməkdaşları oraya gəlmiş vəona izahatı alınması üçün onu Kürdəmir RPŞ-nə dəvət etmişlər. O, isə sərxoş olduğu üçün polis şöbəsinə getmək istəməmiş, polis əməkdaş Aqil Kərimovla mübahisə edərək onu ucadan qışqıraraq söymüş və polis şöbəsinə gəlməmək üçün onlara müqavimət göstərmişdir. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. O, polis əməkdaşlarından üzr istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş o, Kürdəmir RPŞ NMQ-də baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə növbətçi hissdə olarkən Kürdəmir rayon Çərtəyəz kənd sakinin X1 DİN-nin 102 xidmət mərkəzinə zəng edərək kəndlərində bir nəfər tanımadıqları şəxsin sərxoş vəziyyətdə küçədə nalayiq ifadələr işlətməsi barədə şikayət etmiş və onlar da şikayət əsasında həmin ünvana getmişlər. Onlar hadisə yerinə çatanda adını sonradan bildikləri Şəxs küçədə sərxoş vəziyyətdə ucadan qışqıraraq nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edib ondan sakitləşməsini və baəsində olan şikayətlə bağlı olarla birlikdə Kürdəmir RPŞ-nə getmək lazım olduğunu bildirmiş, Şəxs isə ucadan qışqıraraq onu nalayiq ifadələrlə təhqir etmiş və polis şöbəsinə gəlməkdən imtina edərək polisin qanuni tələbinə tabe olmamşdır. Bundan sonra onlar da məcbur olub kömək üçün gəlmiş əlavə polis əməkdaşları ilə birlikdə Şəxs məcburi qaydada avtomobilə midirib polis şöbəsinə gətirmişlər. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özünün etirafı, şahid ifadəsi, inzibati xətanın baş vermə şəraiti, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə inzibati xəta törədən Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, səlahiyyətli şəxslərin onun hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətini davam etdirməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə görə səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş matriallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, AZA 000238 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 12.55-də inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta hadisəsi törətməyə meyilli olmasını, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 08 (səkkiz ) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 21 noyabr 2023-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-1075/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1075/2023
22.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver