Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1075/2024 29.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X6, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ailəli, Kürdəmir rayonu Şıxımlı kəndində qeydiyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP6689843 nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən 07 noyabr 2024-ci il tarixdə saat 16.35 radələrində X2 idarə etdiyi VAZ-2101 markalı ** BD *** dövlət nömrə nişanlı avtomobillə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir şəhəri Vaqif küçəsindən keçən hissəsində arxadan gələn avtomobilin təhlükəsiz hərəkət edib keçib getməsini gözləmədən manevretmə qaydasını pozaraq yolun soluna dönərkən arxadan gələn Şəxs idarə etdiyi Cheru A13 markalı ** NZ *** dövlət nömrə nişanlı avtomobillə əks istiqamətlə hərəkət zolağına çıxaraq ötmə əməliyyatı apararkən toqquşmuş, nəticədə Cheru A13 markalı ** NZ *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şəxs idarəetməni itirərək idarə etdiyi avtomobili gedib qarşıda yolun solunda hərəkətsiz vəziyyətdə dayanan VAZ-21074 markalı ** BF *** nömrəli avtomobilə və sonradan VAZ-21063 markalı ** TL *** d/n nişanlı avtomobilə çırpılaraq yol-nəqliyyat hadisəsi torətmiş, yol-nəqliyyat hadisəsi nəticəsində yolun kənarında hərəkətsiz vəziyyətdə dayanan VAZ-21074 markalı ** BF *** nömrəli avtomobilin sürücüsü Zərərçəkmiş şəxs dərəcəsində görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət almış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində göstərdi ki, etibarnamə ilə idarə etdiyi Chery A13 minik markalı ** NZ *** dövlət nömrə nişanlı avtomobili var, 07 noyabr 2024-ci il tarixdə saat 16.35 radələrində həmin avtomobil ilə Kürdəmir şəhəri Vaqif küçəsində 60 km/saatda hərəkətdə olarkən qarşıda qırmızı rəngli 011 markalı avtomobilin dönmə əməliyyatı etdiyini görmüş, tormoz əyləcindən istifadə etməsinə baxmayaraq avtomobili saxlaya bilmədiyinə görə idarəetməni itirmiş və həmin qırmızı rəngli 011 markalı avtomobili vurub, gedib qarşıda yolun kənarında hərəkətsiz vəziyətdə dayanan yaşıl rəngli VAZ-21074 markalı ** BF *** d/n nişanlı avtomobilə dəymiş, sonra isə həmin avtomobilin arxasında dayanan VAZ-21063 markalı ** TL *** d/n nişanlı avtomobilə dəyərək dayanmışdır. Hadisə zamanı özü heç bir xəsarət almamış, lakin yolun kənarında hərəkətsiz vəziyətdə dayanan yaşıl rəngli VAZ-2107 markalı ** BF *** d/n nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs xəsarət almışdır. Hazırda dəymiş ziyanla bağlı zərərçəkmiş şəxlərlə öz aralarında razılıq əldə edə bilməyib. Şəxs izahatının sonunda törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 07 noyabr 2024-ci il tarixdə saat 16.35 radələrində oğlu Təravət İslamova məxsus VAZ-21074 minik markalı ** BF *** d/n nişanlı avtomobili edarə edərək Kürdəmir şəhəri Vaqif küçəsində yolun kənarında saxlamışdır. Oğlu Təravət avtomobildən düşüb marketə girmiş, özü isə avtomobildə sürücü yerində əyləşib oğlunu gözləmişdir. Həmin vaxt qarşıdan gələn Chery A13 minik markalı ** NZ *** d/n nişanlı avtomobil əvvəl VAZ-2101 markalı avtomobili vurmuş, sonra onun əyləşdiyi avtomobilin qarşı sağ tərəfinə vuraraq arxada hərəkətsiz vəziyətdə dayanan VAZ-21063 markalı avtomobilə dəymişdir. Hadisə zamanı sifətindən və sağ qabırğasından xəsarət almışdır. Hazırda ona dəyən ziyan Şəxs tərəfindən tam şəkildə ödənilməmişdir. Ona görə də Şəxs şikayətcidir. Kürdəmir RPŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru A.A.Əhmədovun araşdırdığı HK- 1-2124 nömrəli material üzrə toplanmış: - Kürdəmir rayon mərkəzi xəstəxanasının xx.xx.2024-cü il tarixli 352 nömrəli sərxoşluğun təyini protokolunda qeyd olunmuşdur ki, X1 ayıqdır, spirtli içki qəbul etməmişdir. - Kürdəmir rayon mərkəzi xəstəxanasının xx.xx.2024-cü il tarixli 351 nömrəli sərxoşluğun təyini protokolunda qeyd olunmuşdur ki, X4 ayıqdır, spirtli içki qəbul etməmişdir. - Kürdəmir rayon mərkəzi xəstəxanasının xx.xx.2024-cü il tarixli 350 nömrəli sərxoşluğun təyini protokolundan görünür ki, Şəxs ayıqdır, spirtli içki qəbul etməmişdir. - Kürdəmir rayon mərkəzi xəstəxanasının xx.xx.2024-cü il tarixli 349 nömrəli sərxoşluğun təyini protokolundan görünür ki, Zərərçəkmiş şəxs ayıqdır, spirtli içki qəbul etməmişdir. - Məhkəmə tibb ekspertinin xx.xx.2024-ci il tarixli 519 nömrəli rəyindən görünür ki, 1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibb müayinəsi zamanı bədənində aşağıdakı xəsarətləri aşkar edilmişdir - sağ gözətrafı nahiyyəsinin qançırı, həmin gözün ağlı qişasına qansızma, sağ 6-cı qabırğanın yerinidəyişməmiş qapalı sınığı. Göstərilən xəsarət küt əşya təsirindən əmələ gəlmiş, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, müddəti xx.xx.2024-ci il tarixinə uyğundur. Dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aididr. -Kürdəmir avtomobillərə texniki xidmət məntəqəsinin mütəxəssisi Seymur Bünyatovun 09 noyabr 2024-ci il tarixli soğuya cavab məktublarından görünür ki, hadisə zamanı Chery A13 minik markalı ** NZ *** d/n nişanlı avtomobilə ümumilikdə 4.800 (dörd min səkkiz yüz) manat, VAZ-2101 markalı ** BD *** d/n nişanlı avtomobilə ümumilikdə 2.150 (iki min yüz əlli) manat, VAZ-21063 markal ** TL *** d/n nişanlı avtomobilə ümumilikdə 1.120 (min yüz iyirmi) manat, VAZ-21074 markalı ** BF *** d/n nişanlı avtomobilə ümumilikdə 4.600 (dörd min altı yüz) manat ziyanlıq dəymişdir. Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs törətdiyi inzibati xəta özünün səmimi etirafı və iş materillarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödənilməməsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla inzibati tənbeh tədbiri tətbiq edilməli, onun nəqliyyat vasitələrinin idarə etmək hüququnun məhdudlaşdırılması sürücülük vəsiqəsini təqdim etdiyi vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ 09 (doqquz) ay müddətinə məhdudlaşdırılsın. Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması sürücülük vəsiqəsini təqdim etdiyi vaxtdan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-1075/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1075/2024
29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver