Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1076/2024 20.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, Kürdəmir rayonu, Mollakənd ə/d, Mollakənd kəndində qeydiyyatda olmaqla yaşayan (FİN-xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2024-cü il tarixdə saat 14:20-də Kürdəmir rayonunun Mollakənd kəndində yaşayan Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlətmiş və söyüb təhqir etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, Şəxs xx.xx.2024-də saat 14:20-də Kürdəmir rayonu, Mollakənd kəndində yaşayan Zərərçəkmiş şəxs zəng vuraraq mübahisə etmiş, onların ünvanına nalayiq ifadələr işlədərək söyüb təhqir etmişdir. Odur ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, Kürdəmir rayonunun Mollakənd kəndində yaşayır. Zərərçəkmiş şəxs qonşusudur. xx.xx.2024-ci il tarixdə qonşusu Zərərçəkmiş şəxs əlində sınıq dam örtüyü ilə həyətinə keçib dam örtüyünü çəpərə düzdüyü zaman onu görmüş, Zərərçəkmiş şəxs niyə onun həyətinə icazəsiz girdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs da onun və yaxınlarının ünvanına nalayiq ifadələr işlədərək söyüb təhqir etmişdir. Onun bu hərəkətlərinə səssiz qala bilməmiş, Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək söymüşdür. Bu zaman Zərərçəkmiş şəxs onun səsini telefona yazmışdır. Zərərçəkmiş şəxs ilə aralaraında mübahisə onun toyuqlarının Zərərçəkmiş şəxs həyətinə keçməsi üstündə yaranmışdır. Əməlindən səmimi peşmandır. Bir daha bu cür əməllərə yol verməyəcək. Məhkəmədən əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül, cərimə inzibati tenbeh tədbirlərinin tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirdi ki, Kürdəmir rayonunun Mollakənd kəndində yaşayır. O, xx.xx.2024-cü il tarixdə DİN-102 xidmətinə qonşusu Şəxs onu mütamadi olaraq narahat etməsi barədə məlumat vermişdir. Belə ki, həmin gün Şəxs həyətinə keçmişdir. Ora keçməyinə səbəb isə çəpərə dam örtüyü düzməsi olmuşdur ki, toyuqlar həyətə keçməsin. Bu zaman Mubariz Muradov onu görmüş, əsəbləşərək onu söyüb təhqir etmişdir. Əvvəllər də Şəxs onu təhdid edərək onu tüfənglə vuracağını bildirmişdir. O, hər hansı bir hadisə baş verəcəyindən qorxduğu üçün polisə müraciət etmişdir. Sonda Zərərçəkmiş şəxs məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kürdəmir RPŞ məsul növbətçisi, polis leytenantı Elvin Dünyamalıyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 14:20 radələrində Kürdəmir rayonunun Mollakənd kəndində yaşayan Zərərçəkmiş şəxs unvanına nalayiq ifadələr işlədərək söyüb təhqir etmişdir. 20 noyabr 2024-cü il tarixli MN saylı ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə qonşusu Zərərçəkmiş şəxs Aləm qızını Kürdəmir rayonunun Mollakənd kəndində yaşadığı ərazidə ünvanına ucadan nalayiq ifadələr işlətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonunun Mollakənd kəndi ərazisində qonşusu Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən İXM-in 510-cu maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmədə Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-1076/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1076/2024
20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver