Məhkəmə qərarları › İş №3(041)-1077/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1077/2023

23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1077/2023 23.11.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 12.50-də Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş X3 iştirakı ilə 25 avqust 1994-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 147, 149, mənzil 75-də yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir rayon Polis şöbəsinin inzibati binasında polis əməkdaşı X6 ilə mübahisə edərək ictimai qaydanı pozan və ya fiztki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər etmişdir. X1 raportu əsasında Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə tanışı X2 idarə etdiyi “Opel” markalı avtomobillə Kürdəmir şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən avtomobilin nömrəsində uyğunsuzluq olduğu üçün Kürdəmir RPŞ DYPB-nin əməkdaşları onlara saxla işarəsi vermiş və avtomobili idarə edən Zaur avtomobili saxlamış, Zaur polis əməkdaşları ilə söbhət edərkən həmin vaxt dişindən əməliyyat olunmaq üçün ona vurulan keyidici iynə nəticəsində anesteziya vəziyyətində olmuş, öz hərəkətlərini anlaya bilmədiyi üçün işlək vəziyyətdə olan avtomobilin sükanı arxasına keçib avtomobili hərəkət etdirmiş, DYPB-nin əməkdaşı və əvvəldən tanığıdığı Ülvi Süleymanov avtomobilin qarşına keçib onu saxlatdırmaq istəsə də o, avtomobili dayandırmamış və həmin yerdən uzaqlaşmışdır. O, anesteziya vəziyyətində olduğu üçün Ülvi Süleymanovu təhlükə qarşında qoyduğu dərk etməmişdir. Onun barəsində axtarış olmasından xəbəri olmamışdır. Özü xx.xx.2023-cü il tarixdə polis şöbəsinə gəlmiş və onu rəis müavini Yusif Yusifov qəbul etmişdir. Yusif Yusifov ona etikadan kənar ifadə işlətmiş, o, da həmin cavabı olduğ kimi Yusif Yusifova qaytarmışdır. Bundan sonra onlar mübahisə etməyə başlamış və Yusif Yusifov bir nəfər polis əməkdaşını çağırara onu otaqdan çəxarmasını tələb etmişdir. Yusif Yusifovla mübahisə etdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. O, əməlindən peşman deyildir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş X6 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ-də Xidmət üzrə rəis müavini vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Şəxs polis işçilərinə tabesizlik göstərməsi ilə bağlı onun barəsində axtarış elan edilmiş və xx.xx.2023-cü il tarixdə Şəxs polis şöbəsinə gəlmiş və onunla proflaktik söhbət aparılması üçün onu öz xidməti otağında qəbul etmişdir. Söhbət zamanı Şəxs etik normaya sığmayan hərkətlər etdiyi üçün ona öz hərəkətlərinə fikir verməsini, o, isə kimə arxayn olmasını nümayiş etdirərək kobud ifadələr işlətmişdir. O, da PPXB-nün əməkdaşına Şəxs otaqdan çıxarmasını demiş, polis əməkdaşı onu otaqdan çıxararkən Seymur ucadan qışqıraraq nalayiq ifadələrlə onun təhqir etmişdir. O, Seymuru söyməmişdir, əksinə Seymur onu nalayiq ifadələrlə təhqir etmişdir. Belə ki, səs-küyə inzibati binanın 1-ci mərtəbəsində olan yol polis əməkdaşları da gəlmiş və Seymuru sakitləşdirmək istəsələr də Seymur sakitləşməmiş və onu nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. O, Seymurun qanun qarşısında cavab verməsini xahiş edir və Seymur barəsində qanuni tədbir görülməsini xaiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ PPXB-də polis nəfəri işləyir. xx.xx.2023-cü il tarixdə polis şöbəsinin inzibati binasında olarkən binanın 2-ci mərtəbəsində səs-küy etşitmiş və rəsi müavini onu xidməti otağına çağıraraq həmin vaxtı onunla mübahisə edən və adını sonradan bildiyi Şəxs otaqdan çıxarmasını demiş, o, Seymuru otaqdan çıxarmaq istəyərkən Seymur ucadan qışqıraraq Yusif Yusifovun ünvanına nalayiq ifadələr işlətmişdir. Səs-küyə polis əməkdaşları da həmin yerə toplanmış və hadisənin şahidi olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ PPXB-nin komandiri vəzfəsində işləyir. xx.xx.2023-cü il tarixdə Kürdəmir RPŞ inzibati binasının 1-ci mərtəbəsində yerləşən xidməti otağında olarkən 2-ci mərtəbədə səs-küy eşidərək otaqdan çölə çıxmış və 2-ci mərtəbəyə qalxanda adını sonradan bildiyi Şəxs ucadan qışqıraraq Yusif Yusifovla mübahisə etdiyini görmüşdür. Məhkəmə araşdırması zamanı Şəxs əməli özü etiraf etməsə də zərərçəkmiş şəxsin izahatı, şahid ifadələri, hadisənin baş vermə şəraitindən habelə iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə Şəxs məhkəmədə verdiyi izahatını özünü müdafiə xarakterli müdafiə kimi qiymətləndirir və belə hesab edir ki, Seymur öz hərəkətləri ilə ictimai qaydanı pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmədə inzibati xəta hadisəsi törədən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta hadisəsi törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq, tərəflər arasında belə halların dəfələrlə təkrar olunmasını və belə halların qarşısını almaq üçün məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, AZA 000239 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, o, xx.xx.2023-cü il tarixdə, saat 17.40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, ona 05 (beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 22 noyabr 2023-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar