Məhkəmə qərarları › İş №3(041)-1078/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1078/2023

23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1078/2023 23.11.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 13.00-da Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1994-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri,Sabunçu rayonu Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 147, 149, mənzil 75-də yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2023-cü il tarixdə ictimai qaydanın mühafizəsi üzrə vəzifələri icra edən Kürdəmir RPŞ əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnziati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə tanışı X1 idarə etdiyi “Opel” markalı avtomobillə Kürdəmir şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən avtomobilin nömrəsində uyğunsuzluq olduğu üçün Kürdəmir RPŞ DYPB-nin əməkdaşları onlara saxla işarəsi vermiş və avtomobili idarə edən Zaur avtomobili saxlamış, Zaur polis əməkdaşları ilə söbhət edərkən həmin vaxt dişindən əməliyyat olunmaq üçün ona vurulan keyidici iynə nəticəsində anesteziya vəziyyətində olmuş, öz hərəkətlərini anlaya bilmədiyi üçün işlək vəziyyətdə olan avtomobilin sükanı arxasına keçib avtomobili hərəkət etdirmiş, DYPB-nin əməkdaşı və əvvəldən tanığıdığı Ülvi Süleymanov avtomobilin qarşına keçib onu saxlatdırmaq istəsə də o, avtomobili dayandırmamış və həmin yerdən uzaqlaşmışdır. O, anesteziya vəziyyətində olduğu üçün Ülvi Süleymanovu təhlükə qarşında qoyduğu dərk etməmişdir. Onun barəsində axtarış olmasından xəbəri olmamışdır. Özü xx.xx.2023-cü il tarixdə polis şöbəsinə gəlmiş və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hazırda əməlindən peşmandır. O, polis əməkdaşlarından üzr istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ DYPB-də inspektor vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə, saat 10.30 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektində DYPB-nin əməkdaşı X4 ilə birlikdə xidmətdə olarkən qarşıdan gələn “Opel” markalı avtomobilin qeydiyyat nişanının rus nömrəsi olması və qeydiyyat nişanında uyğunsuzluq olması səbəbindən saxlanılmış və həmin vaxtı avtomobili adını sonradan bildikləri X5 idarə etmişdir. Avtomobili idarə edən Zaur Nuraliyev avtomobildən yerə düşmüş və ona avomobilin sənədlərini təqdim etməsi nə qediyyat nömrəsi ilə bağlı izahatlar verilmiş və avtomobilin duracağa yerləşdiriləcəyi izah edilmişdir. Onlar sürücü Zaur Nuraliyevlə söhbət edərkən həmin vaxtı avtomobildə sərnişin kimi əyləşmiş və adını sonradan bildikləri Şəxs işlək vəziyyətdə olan avtomobilin sükan arxasına keçərək avtomobili hərəkət etdirmiş, o, da avtomobili saxlatdırmaq üçün avtomobilin qarşısına keçsə də Seymur avtomobili saxlamamış və 10-15 metr onu avtomobilin qabağında sürümuş, avtomobiln altına düşəcəindən qorxub özünü kənara tullamışdır. Həmin vaxtı yanında olan inspektor Səbuhi Muradov da avtomobilin pəncərəsindən sallaşaraq ona saxlamasını tələb etsə də Seymur öz hərəkətlərinə davam edərək oradan uzaqlaşmışdır. xx.xx.2023-cü il tarixdən Seymuru axtarsalar da tapa bilməmişlər. xx.xx.2023-cü il tarixdə özü şöbəyə gəlmiş və barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 da X3 ilə eyni məzmunda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etdi. İş materiallarına əlavə edilmiş və Kürdəmir RPŞ İTB-nin Xidmət üzrə inspektoru Fəhmin Kərimlinin şöbə rəisinə ünvanladığı raportdan görünür ki, Şəxs yeri müəyyən olmadığı üçün onun barəsində inzibati qərarın mümkün olmadığı göstərilmişdir. İş materiallarına əlavə edilmiş 2xx.xx.2023-cü il tarixli X2 olduğu yerin müəyyən eilib məsuliyyətə cəlb edilməsi məqsədi ilə başlanılmış inizbati xəta haqqında iş üzrə icraat materialı ilə əlaqədar keçiriləcək tədbirlərlə bağlı plan hazırlanmış və aidiyyəti üzrə orqanlara göndərilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özünün etirafı, şahid ifadələri, inzibati xətanın baş vermə şəraiti, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə inzibati xəta törədən Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, səlahiyyətli şəxslərin onun hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətini davam etdirməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə görə səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş matriallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, AZA 000239 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17.40-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta hadisəsi törətməyə meyilli olmasını, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 10 (on) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 22 noyabr 2023-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar