Məhkəmə qərarları › İş №3(041)-1078/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1078/2024

20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1078/2024 20.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Qarabağ müharibesi veteranı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xidmətdə olan taqım komandiri Mərdan Mehdiyevin qanuni tələblərinə qəsdən tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandıraraq göstərdi ki, xx.xx.2024-cü il tarixdə Gəncə şəhər sakini Şəxs etibarnaməsi olmadan “VAZ 21074” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsiylə yaşadığı Gəncə şəhrindən Bakı şəhəri gedərkən Kürdəmir rayonu ərazisində yol polisi əməkdaşları saxlanılmışdır. Yoxlama zamanı avtomobili etibarnaməsi olmadan idarə etdiyi və avtomobilin 2000 manata yaxın cəriməsi olduğu müəyyən edilmişdir. Polis əməkdaşları etibarnaməsiz idarə etdiyi üçün Şəxs avtomobili cərimə meydançasına aparacaqlarını bildirmişlər və avtomobilin açarını onlara verməsini tələb etmişlər. Şəxs polis əməkdaşları ilə aralarında anlaşılmazlıq olmuş, açarları onlara verməkdən imtina etmişdir. Bundan sonra Şəxs polis şöbəsinə apararaq izahatı alınmış, barəsində Azərbaycan Respubikası 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ailəsi ilə birlikdə qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayır, evlidir, 1 körpə uşağı var, 44 günlük vətən müharibəsi veteranıdır, fərdi əməklə məşğul olur. xx.xx.2024-cü il tarixdə etibarnaməsi olmadan “VAZ 21074” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsiylə yaşadığı Gəncə şəhrindən Bakı şəhəri gedərkən Kürdəmir rayonu ərazisində onu yol polisi əməkdaşları saxlamışlar. Yoxlama zamanı avtomobili etibarnaməsi olmadan idarə etdiyi və avtomobilin 2000 manata yaxın cəriməsi olduğu müəyyən edilmişdir. Polis əməkdaşları etibarnaməsiz idarə etdiyi üçün avtomobili cərimə meydançasına aparacaqlarını bildirmiş və avtomobilin açarını onlara verməsini tələb etmişlər. Həmin vaxt polis əməkdaşları ilə aralarında anlaşılmazlıq olmuş, açarları onlara verməkdən imtina etmişdir. Nəticədə onu polis şöbəsinə apararaq baş verənlərlə bağlı izahatı alındıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əməlindən peşmandır, müharibə veteranı olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X3 izahatında göstərdi ki, BDYPİ-nin YPXAnın 7-ci tağımının YPX-nın inspektoru işləyir. xx.xx.2024-cü il tarixdə postda olarkən müşahidə kameralarından Bakı şəhəri istiqamətində hərəkət edən VAZ 21074” markalı **- BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 2000 manata yaxın ödənilməmiş cəriməsi olduğunu müəyyən etmişlər. Həmin avtomobil saat 11 radələrində Kürdəmir rayonunun Karrar kəndi ərazisində yerləşən postda saxlanılmışdır. Yoxlama zamanı avtomobili idarə edən şəxsin Gəncə şəhər sakini Şəxs olduğunu və sürücünün avtomobili etibarnamə olmadan idarə etdiyini müəyyən etmişlər. Hüqaq və vəzifələrini izah edəndən sonra avtomobili cərimə meydançasına aparacaqlarını, sahibi gəldikdən sonra avtomobili buraxa biləcəklərini bildirmişlər və avtomobilin açarlarını tələb etmişlər. Həmin vaxt Şəxs onlarla mübahisə edərək avtomobilin açarlarını verməyəcəyini, müharibə veteranı olduğunu bildirərək onlardan avtomobili buraxmalarını tələb etmiş, nizam intizama dəvət etmələrinə baxmayaraq onların qanuni tələblərinə tabe olmamışdır. Nəticədə Şəxs Kürdəmir rayon polis şöbəsinə apararaq barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Şəxs törətdiyi inzibati xəta özünün etirafı, şahidin ifadəsi və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs əməlindən peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, 44 günlük vətən müharibəsi iştirakçısı olmasını, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 200 (iki yüzi) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Gəncə şəhər icra şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən on gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar