Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1079/2023 23.11.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 13.10-da Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş X1 iştirakı ilə 10 avqust 1960-cı ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayou Yenikənd kəndində yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir şəhəri,Sabir küçəsində polis əməkdaşı X2 ilə mübahisə edərək ictimai qaydanı pozan və ya fiztki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər etmişdir. X1 raportu əsasında Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə dostları ilə bir yerdə olarkən araq içmiş və Kürdəmir şəhəri, Sabir küçəsində olarkən əsəbləşərək dostunun ünvanına söyüş söyərkən polis əməkdaşı ona yaxınlaşmış,sakitləşməsini xahiş edərək onlarla birlikdə polis şöbəsinə gətməsini tələb etmişlər. O, isə niyə və hansə səbəbə polisə getməli olmduöunu soruşmuş və polis şöbəsinə getmək istəməyərək opolisə etirazını bildirmişdir. Bundan sonra polis əməkdaşları məcburi qaydada polis şöbəsinə gətirmişlər.Onu 1 gün polis şöbəsində saxlamışlar. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. O, polis əməkdaşlarından üzr istəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 izahatında göstərdi ki, o, Kürdəmir RPŞ İTB-də polis nəfəri işləyir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrindıə Kürdəmir şəhəri,Sabir küçəsində xidmətdə olarkən bir nəfər şəxsin ictimai yerdə uca səslə qışqıraraq nalayiq ifadələr işlətdiyini görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra törətdiyi qayda pozuntusu barədə xəbərdarlıq edilərək ona sakitləşməsini xahiş etmiş, adını sonradan bildikləri Şəxs isə sərxoş olduğu üçün ucadan qışqıraraq onların ünvanına nalayiq ifadələr işlətmiş, buna görə də onu polis şöbəsinə dəvət etmişlər. O, isə etiraz edərək polis şöbəsinə gəlmək istəməmiş müqavimət göstərərək qanunsuz hərəkətlərinə davam etmişdir. Bundan sonra Məzahiri məcburi şəkildə polis şöbəsinə gətirib barəsində inzibati xəta haqqında protokol tərtib edib onu polis şöbəsində saxlamışlar. Məhkəmə araşdırması zamanı Şəxs əməli özünün etirafı, zərərçəkmiş şəxsin izahatı hadisənin baş vermə şəraitindən habelə iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmədə inzibati xəta hadisəsi törədən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən onun əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə araşdırması zamanı barəsində inzibati icraat aparılan şəxs Şəxs və iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı da ifadəsində Şəxs 1 gün Kürdəmir RPŞ-də saxlanılmışdır. Məhkəmə inzibati xəta hadisəsi törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, ona 05 (beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 22 noyabr 2023-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-1079/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1079/2023
23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver