Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1079/2024 21.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, 44 günlük vətən müharibəsi iştirakcısı, fərdi əməklə məşğul olan, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN2070977 nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tanışı ilə birgə olub, xidmətdə olan taqım komandiri Mərdan Mehdiyevin qanuni tələblərinə tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandıraraq göstərdi ki, xx.xx.2024-cü il tarixdə Gəncə şəhər sakini X3 etibarnaməsi olmadan “VAZ 21074” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsiylə yaşadığı Gəncə şəhrindən Bakı şəhəri gedərkən Kürdəmir rayonu ərazisində yol polisi əməkdaşları saxlanılmışdır. Yoxlama zamanı avtomobili etibarnaməsi olmadan idarə etdiyi və avtomobilin 2000 manata yaxın cəriməsi olduğu müəyyən edilmişdir. Polis əməkdaşları etibarnaməsiz idarə etdiyi üçün S.Zeynalova avtomobili cərimə meydançasına aparacaqlarını bildirmişlər və avtomobilin açarını onlara verməsini tələb etmişlər. S.Zeynalov polis əməkdaşları ilə aralarında anlaşılmazlıq olmuş, açarları onlara verməkdən imtina etmişdir. Həmin vaxt avtomobildə sərnişin kimi yol gedən Şəxs polis əməkdaşlarına müraciət edərək onları buraxmalarını xahiş etmiş və S.Zeynalovun tərəfini saxladığı üçün aralarında qısa müddətli söz-söhbət olmuşdir. Nəticədə onları polis şöbəsinə apararaq izahatları alınmış, izahatları alındıqdan sonra Şəxs barəsində Azərbaycan Respubikası 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayır, X3 onun dostudur, birlikdə 44 günlük vətən müharibəsində iştirak ediblər. xx.xx.2024-cü il tarixdə S.Zeynalovun idarə etdiyi “VAZ 21074” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsiylə yaşadıqları Gəncə şəhrindən Bakı şəhəri gedərkən Kürdəmir rayonu ərazisində onları yol polisi əməkdaşları saxlamışlar. Yoxlama zamanı S.Zeynalovun avtomobili etibarnaməsiz idarə etdiyi və avtomobilin 2000 manata yaxın cəriməsi olduğu müəyyən edilmişdir. Polis əməkdaşları etibarnaməsiz idarə etdiyi üçün avtomobili cerimə meydançasına aparacaqlarını bildirmişlər və S.Zeynalovdan avtomobilin açarını onlara verməsini tələb etmişlər. Həmin vaxt avtomobilin açarını vermədiyi üçün polis əməkdaşları ilə S.Zeynalov aralarında anlaşılmazlıq olmuşdur. O da polis əməkdaşlarına müraciət edərək onları buraxmalarını xahiş etmişdir. Nəticədə polis əməkdaşları onları şöbəyə aparmış, polislərin qanuni tələblərinə tabe olaraq şöbəyə gedib baş verənlər barədə izahat vermişdir. Şöbədə olarkən onun barəsində əsassız olaraq İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyini görmüş, öz etirazını bildirərək polis əməkdaşları ilə mübahisə etmədiyini və onların qanuni tələblərinə tabe olduğunu bildirməsinə baxmayaraq bunun bir nəticəsi olmamışdır. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X4 izahatında göstərdi ki, BDYPİ-nin YPXA-nın 7-ci tağımının YPX-nın inspektoru işləyir. xx.xx.2024-cü il tarixdə postda olarkən müşahidə kameralarından Bakı şəhəri istiqamətində hərəkət edən VAZ 21074” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 2000 manata yaxın ödənilməmiş cəriməsi olduğunu müəyyən etmişlər. Həmin avtomobil saat 11 radələrində Kürdəmir rayonunun Karrar kəndi ərazisində yerləşən postda saxlanılmışdır. Yoxlama zamanı avtomobili idarə edən şəxsin Gəncə şəhər sakini X3 olduğunu və sürücünün avtomobili etibarnamə olmadan idarə etdiyini müəyyən etmişlər. Hüqaq və vəzifələrini izah edəndən sonra avtomobili cərimə meydançasına aparacaqlarını, sahibi gəldikdən sonra avtomobili buraxa biləcəklərini bildirmişlər və avtomobilin açarlarını tələb etmişlər. Həmin vaxt S.Zeynalov onlarla mübahisə edərək avtomobilin açarlarını verməyəcəyini, müharibə veteranı olduğunu bildirərək onlardan avtomobili buraxmalarını tələb etmiş, nizam intizama dəvət etmələrinə baxmayaraq onların qanuni tələblərinə tabe olmamışdır. Nəticədə S.Zeynalovu Kürdəmir rayon polis şöbəsinə apararaq barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Həmin vaxt S.Zeynalovun yanında sərmişin kimi dayanan Şəxs polis əməkdaşlarından müharibə veteranı olmalarını nəzərə alıb, avtomobilin buraxılmasını xahiş etmişdir. Onun polis əməkdaşlarına qarşı hər hansı formada tebesizlik göstərməsinin şahidi olmamışdır. Proses iştirakçılarının izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, hərəkətində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Belə ki, Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə yaranır. Hazırki işin müəyyən edilən hallarından görünür ki, xx.xx.2024-cü il tarixdə polis əməkdaşları Şəxs izahat verməsi üçün onu şöbəyə aparmış, Şəxs polis əməkdaşları tərəfindən sorğu-sual edildikdən sonra barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında işə baxılan şəxs Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən heç bir sübut iş materillarına əlavə edilməmiş, habelə məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Ona görə də, onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənbu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən on gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-1079/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1079/2024
21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver