Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1083/2023 24.11.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs X2 iştirakı ilə xx.xx.1992-ci Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Atakişili kəndində yaşayan – X6 haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X6 xx.xx.2023-cü il tarixdə xidməti ərazidə ictimai qaydanın mühafizəsi üzrə vəzifələri icra edən Kürdəmir RPŞ-inin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. X6 barəsində xx.xx.2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən X6 izahatında göstərdi ki, xx.xx.2023-cü iltarixdə dostu Seymura məxsus avtomobilə saxta rus nömrəsi taxmış və hərəkətdə olan zaman ona saxla işarəsi vermiş və o, avtomobii saxlayaraq avtomobildən düşüb pois əməkdaşalrının yanına gəlmişdir. O, YPX əməkdaşları Ülvü və Səbuhi ilə söhbət edərkən yanında əyləşmiş Seymur avtomobili hərəkət etdirərək oradan uzaqlaşmışdır. O, Seymura saxlamasını desə də Seymur saxlamayaraq oradan uzaqlaşmışdır.Bundan sonra polis əməkdaşları onu şöbəyə dəvət etmiş, o, da heç bir qanun pozuntusuna yol vermədən polis əməkdaşları ilə polis şöbəsinə gəlmiş və onu saxta rus nömrəsi istifadə etməsinə görə cərimə edib barədində inzibatixəta haqqında protokol tərtib etmişlər. Bundan sonra o, çıxıb evlərinə,oradan da Bakı şəhərinə getmişdir. Həmin hadisədən bir neçə gün sonra Kürdəmir RPŞ-nin əməkdaşı Fəhmin Kərimli ona zəng edərək onu polis şöbəsinə dəvət edəndə, o, nəyə görə olis şöbəsinə çağırıldığını soruşmuş və xx.xx.2023-cü il tarixdə özü polis şöbəsinə gəlmişdir. Bundan sonra heç bir əsas olmadan onu polis şöbəsində 1 gün saxlamışlar. O,heç bir qanun pozuntsu törətməmiş və heç bir tabesizlik göstərməmişdir. O, özü polis şöbəsinə gəlmişdir. O, saxta rus nömrəsindən istifadə etdiyi üçün peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ İTB-nin polis sahə rəisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Kürdəmir RPŞ DYPBnin əməkdaşları Ülvi Süleymanov və Səbuhi Muradov xidmətdə olan zaman qarşıdan gələn avtomobilin dövlət qeydiyyat nişanın standarta uyğun olmamaqla rus nömrəsi ilə hərəkətdə olmasını görüb onu saxlatmış və sənədlər araşdırılarkən həqiqətən də avtomobilin üzərində olan qeydiyyat nişanın saxta olması aşkae edilmiş və avtomobili idarə edən Şəxs avtomobili duracağa yerləşdiriləcəyi izah edilmiş, Zaur isə polis əməkdaşları ilə mübahisə edərək onlara müqavimət göstərmişdir. Bundan sonra avtomobildə olan adını sonradan bildiyi Seymur işlək vəziyyətdə olan avtomobili hərəkət etdirərək oradan uzaqlaşmışdır. Polis əməkdaşalrı da avtomobilin tapılması üçün Zauru RPŞ-nin inzibati binasına dəvət etmiş, lakin Zaur Kürdəmir RPŞ-nə gəlmək istəməmiş polis əməkdaşlarına müqavimət götrərərk onların qanuni tələblərinə tabe olmamış və hadisə yerindən yayınmışdır. X5 telefon nömrəsi əldə edilmiş və ona zəng edilərək polis şöbəsinə dəvət edilmişdir. O, polis şöbəsinə gələ bilməyəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə qxşaqm saatlarında Şəxs tapılaraq polis şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, o, Kürdəmir RPŞ DYPB-də inspektor vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Ülvi Süleymanovla xidmətdə olarkən qarşıdan gələn avtomobilin dövlət qeydiyyat nişanının rus nömrəsi olduğunu görüb avtomobili saxlatdırmışlar. Avtomobili idarə edən Şəxs avtomobildən yerə düşmüş və sənədlər yoxlanılarkən qeydiyyat nişanını saxta olması aşkar edilmiş və Şəxs avtomolin duracağa yerləşdiriləcəyi barədə izahat verilmişdir. Həmin vaxtı avtomobildə olan adını sonradan bildikləri Seymur Məlikov avtomobili hərəkət etdirərək oradan uzaqlaşmışdır. Bundan sonra onlar izahat alınması üçün Zuru Kürdəmir RPŞ-nə dəvət etsələr də Zaur etirazını bildirərək polis əməkdaşlarına tabesizlik göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 da X3 ilə eyni məzmunda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etdi. Məhkəmə araşdırması zamanı X2 törətdiyi inzibati xəta özü etiraf etmədə də, şahid ifadələri,hadisənin baş vermə şəraiti, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs məhkəmədə verdiyi ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmədə inzibati xəta törədən X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən eilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən X2 şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutuma haqında protokoldan görünür ki, X6 xx.xx.2023-cü il tarixdə,saat 12.00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, həmçinin barəsində inzibati icraat aparılan şəxs X2 məhkəmə baxışınadək, yəni xx.xx.2023-cü il,saat 12.00-dan xx.xx.2023-cü il,saat 15.50-dək inzibati qaydada tutulmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsini tətbiq etməklə ona təyin edilən cərimə cəzasını yüngülləşdirməyi mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 200 (iki yüz) manat məbləğdə cərimə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə X2 inzibati qaydada tutulma müddəti nəzərə alınaraq üzərində qəti olaraq 150 (bir yüz əlli) manat cərimə cəzası saxlanılsın, o, dərhal zaldan buraxılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-1083/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1083/2023
24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver