Məhkəmə qərarları › İş №3(041)-1084/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1084/2023

27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1084/2023 27.11.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Şabran rayonu Çuxurzəmi kənd orta məktəbində müəllim işləyən, Sumqayıt şəhəri, Corat qəsəbəsi,Xəzri küçəsi,ev 1-də yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2023-cü il tarixdə sürücülük hüququ olmadan idarə etdiyi “Opel Vektra” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı idarə edərkən idarəetməni itirərək maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Ayaz Məmmədovun AR İXM-nin 332.4-cü maddəsinin tələblərini pozması aşkar edildiyi üçün xx.xx.2023-cü il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, özü, İİ Qarabağ müharibəsi iştirakçısı olmaqla qazidir. xx.xx.2023-cü il tarixdə, gündüz saat təxminən 10 rdələrində sürücülük hüquq olmadan,lakin etibarnamə əsasında idarə etdiyi “Opel Vektra” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtomobillə Ağsu- Kürdəmir-İmişli yolunun Kürdəmir rayonun Qaraqocalı kəndi ərazisindən keçən hissəsi ilə Ağsu rayonu istiqamətində hərəkətdə olarkən qarşıda hərəkətdə olan avtomobil sürət həddini qəfil azaltdığı üçün o, avtomobillərin toqquşmaması üçün sükanı sağa çəkərək yol çiyninə çıxmış və həmin vaxt avtomobil sürüşdüyü üçün o,idarəetməni itirmiş,yolun ərəkət hissəsinin sağ kənarında olan internet dirəyi və telefon xəttinə,həmçinin fərdi yaşayış evinin bağlıq sahəsinə girək maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı bədən xəsarəti alan olmasa da onun idarə etdiyi avtomobil və fərdi yaşayış evinin sahibinə maddi ziyan dəymişdir. O, dəymiş ziyanı ödəmiş və onlar barışmışlar. Əməlindən peşmadır. İlk dəfədir ki, inzibati xəta hadisəsi törədir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstədi ki, xx.xx.2023-cü il tarixdə saat tıəxminən 10.30 radələrində yolda hərəkətdə olan avtomobilin yolun kənarında yerləşən fərdi yaşayış evinin dəmir arakəsməli çəpərinə girərəkorada olan internet və telefon xəttinə çırpılmış və ona məxsus əmlaka maddi ziyan dəymişdir.Ona dəymiş ziyan tamamilə ödənilmişdir. Onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli alkotestin blankından görünür ki, Şəxs hadisə baş verən zaman ayıq olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda “Mersedes 220” markalı,**-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2020 manat ziyan dəydiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Xəstəlik haqında 23432 nömrəli şəhadətnamənin surətindən görünür ki, Əlizadə X1 Respublikasının müdafiəsi zamanı travma alması göstərilmişdir. İş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, lizadə Müqəddəs Nəriman oğlunun idrə etdiyi “Opel Vektra” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil sxlanca verilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törətməsi özünün səmimi etirafı,zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması, qənaitinə gələrək onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə barışıq əldə etməsini məsuliyyəti yüngülləşdirən nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.1.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək,habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsi ilə təqsirlibilinib barəsində 500 (beş yüz) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Kürdəmir RPŞ DYPB-nin müvəqqəti saxlanc yerində saxlanılan “Opel Vektra” markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar