Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1085/2023 27.11.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1963-cü Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Sığırlı kəndində yaşayan – Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Kürdəmir şəhəri,Babək prospektində Zərərçəkmiş şəxs ucadan qışqıraıb nalayiq ifadələrlə təhqir edərək, ictimai qaydanı pozan və ya fiztki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər etmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, o, Naziləyə məxsus obyekti icraəyə götürüb işlətmişdir. Nazilənin deməsinə görə onun naziləyə borcuu qalmışdır. O,xx.xx.2023-cü il tarixdə Nazilə oğlu ilə onun yanına gələrək ucadan qışqırıb nalayiq ifadəər işlətmiş,o, da əsəbləşərək Naziləni söymüşdür. Nazilə onu nalayiq ifadələlrə təhqir etsə də o, Nazilədən şikayət etməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Sabit ona məxsus dükanı arendaya götürüb işlətmiş və Sabitin ona borcu qalmışdır. O, Sabitdən həmin pulu verməsini xahiş etmiş, Sabit isə ucadan qışqıraraq nalayiq ifadələrlə onu təhqir etmişdir. O, da DİN-nin 102 xidmət mərkəzinə zəng edərək bu barədə məlumat vermişdir. Sabit ondan üzr istəməmişdir. O, Sabit barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi SD diskdən, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmədə inzibati xəta törədən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib barəsində 100 (bir yüz) manat məbləğdə inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-1085/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1085/2023
27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver