Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1088/2024 21.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 18.10-da Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1992-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Kürdəmir rayonu Pirili kəndində yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Hacıqabul rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ: Şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarında narkotik vasitə olan 1,58 qram narkotik vasitə olan heroini qanunsuz əldə edərək üzərində saxlamışdır. Şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin çəkisi şəxsi istehlak miqdarında olduğundan Hacıqabul rayon polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi tərəfindən xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, Şəxs inzibati məsuliyyətə cəlb olunması qərara alınmış və barəsində inzibati xəta haqqında xx.xx.2024-cü il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törədən Şəxs göstərdi ki, özü narkotik vasitə olan marixuana istifadə edir. xx.xx.2024-cü il tarixdə yaşadığı Kürdəmir rayonu Pirili kəndi ərazisində otararkən yerdə sellofan büküm görüb götürmüş və açıb içərisinə baxanda narkotik vasitə amrixuana olduğunu görüb istifadə etmək üçün cibinə qoymuişdur. Həmin günü polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib ona narkotik vasitənin saxlanılmasında şübhəli olduğunu bildirib onu Hacıqabul polis şöbəsinə gətirib, hal şahidlərinin və müdafiəçinin iştirakı ilə üzərində keçirilən şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, o, Hacıqabul rayon polis şöbəsinin X1 polis sahə rəisi vəzifəsində işləyir. Şəxs əvvəllər tanımamışdır. Azərbaycan X4 Nazirliyinin Narkotiklərlə Baş Mübarizə İdarəsinə daxil olan məxfi məlumatda Şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlması və daşıması haqqında məlumat daxil olmuş və məlumat əsasındaAzərbaycan X4 Nazirliyinin Narkotiklərlə Baş Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində Şəxs rayon ərazisində saxlanılaraq Hacıqabul RPŞ-nə gətirilib hal şahidlərinin və müdafiəçinin iştirakı ilə onun üzərində axarış keçirilmiş və üzərindən narkotik vasitə olan qrudulmuş marixuana aşkar edilmişdir. Bundan sonra Şəxs üzərindən aşkar edilərək götürülmüş marixuana ekspertizaya göndərilmiş və fakt öz təsdiqini tapdıqdan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtibedilmişdir. İş materiallarına əlavə edilmiş X2 X3 xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Şəxs üzərindən təmiz çəkisi-2,57 qram narkotik vasitə olan qrudulmuş marixianadır. Qeyd edilən qərarda qrudulmuş marixuananın təmiz çəkisi-2,75 qram, tədqiqata 0,02 qram sərf edildildikdən sonra 2,73 qram qalıq qalmışdır. Şəxs əməli özünün etirafı, şahid ifadəsi və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, o, narkotik vasitə olan qrudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarında öz üzərində gəzdirmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs cəza təyin edərkən onun məsuliyyəti yüngülləşdirən və ağırlaşdırıan hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmişşəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib barəsində 40 (qırx) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 20 noyabr 2024-cü il tarixdən hesablansın. Hacıqabul rayon polis şöbəsində maddi sübut kimi saxlanılan Şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 2,73 qram nakotik vasitə olan qrudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın İcrası Hacıqabul PRŞ-nə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-1088/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1088/2024
21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver