Məhkəmə qərarları › İş №3(041)-1097/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1097/2023

28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1097/2023 28.11.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1998-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Ərəbqubalı kəndində yaşayan- Şəxs barəsində Kürdəmir RPŞ-dən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1.8-ci bəndinin tələblərini pozaraq idarə etdiyi «VAZ 21074” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir rayonu Karrar kənd yolunda hərəkətdə olarkən Yol Polisi əməkdaşları tərəfindən saxlanılmış, onun nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnamə olmadan narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi müəyyən olunmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.1-ci ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında izahat verən inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə sürücülük hüququ və etibarnamə olmadan sərxoş vəziyyətdə idarə etdiyi «VAZ 21074” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir rayonu Karrar kənd yolunda hərəkətdə olarkən yol polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı onun avtomobili sürücülük hüququ və etibarnamə olmadan sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Həmin günü anası xəstə olduğu üçün o, məcbur olub inzibati xəta törətmişdir. Özü İİ Qarabağ müharibəsi vetranıdır. Əməlindən peşmandır və bior daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında şahid qismində ifadə verdən X1 göstərdi ki, o, Baş Dövlət Yol Polis İdarəsinin Vİİ tağımında Yol Patrul Xidməti inspektoru vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən qarşıdan gələn avtomobilin yol hərəkti haqqında qQanunun tələblərinə riayyət etmədiyi görüb avtomobili saxlamış və avtomobili idarə edən şəxsin sənədləri araşdırılarkən onun avtomobili sürücülük və etibarnamə olmadan idarə etdiyi müəyyən edilmişdir. Sürücü ilə söhbət edən zaman onun sərxoş olması müəyyən edilmiş və o, sərxoş olmasını səmimi etiraf etmişdir. Bundan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Onun idarə etdiyi avtomobil avtonəqliyyat vasitələrinin saxlanc yerinə yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, alkotest blankından Şəxs avtomobili idarə edərkən sərxoş olmuşdur. İş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə aktdan görünür ki, «VAZ 21074” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil BDYPİ Vİİ tağımının “Avtonəqliyyat vasitəsinin saxlancına verilmişdir. Şəxs əməli özünün etirafı, şahid ifadəsi və işə əlavə edilmiş sənədlərlə sübuta yetirilmişdir ki, o, nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnamə olmadan, narkotik maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Barəsində inzibati icraat açılmş şəxs Şəxs məhkəməyə təqqdim etdiyi “Azərbaycan Respublikası Medalının Vəsiqələrinin surətindən görünür ki, o, Laçının,Zəngilanın,Qubadlının azad olunmasında iştirak etmişdir və o, “Vətən müharibəsi iştirakçısı” medlı ilə təltif olunmuşdur. Məhkəmə Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun əməlindən peşman olmasını məsuliyyəti yüngüləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı,habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. BDYPİ Vİİ tağımının avtonəqliyyat vasitədinin saxlanc yerində saxlanılan «VAZ 21074” markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil sahibinə qaytarılsın Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar