Məhkəmə qərarları › İş №3(041)-11/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-11/2025

17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-11/2025 17.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Sabir oğlunun sədrliyi, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə materiala baxaraq, M ü ə y y ə n e t d i: Kürdəmir rayonu Pirili kəndində qeydiyyatda olan Şəxs xx.xx.2024-cü ildə “VAZ 21103” markalı **-KR-*** qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 100.1-ci maddəsinin tələblərini pozduğuna görə həmin tarixdə barəsində İXM-in 329.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair EQ23044816 №-li inzibati xəta haqqında protokol tərtib edilərək 40 manat inzibati cərimə olunmasına dair qərar qəbul edilmişdir. Ona tərtib edilmiş protokol və qəbul edilmiş qərar üzrə təyin edilmiş cəriməni vaxtında ödəməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Şəxs İXM-nin 150.11-ci maddəsinə əsasən qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyinə və İXM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, İXM-nin 127-ci maddəsinin tələbləri rəhbər tutularaq onun iştirakı olmadan haqqında xx.xx.2024-cü ildə həmin Məcəllənin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib edilərək, İXM-nin 43-cü maddəsinə əsasən aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol tərtib edilmiş Şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə inzibati xəta üzrə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs əməli İXM-nin 529.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, eyni zamanda həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetmişdir. İş materiallarına əlavə edilmiş “AsanPay” ödəniş portalı vasitəsilə göndərilmiş sorğuya cavabdan görünür ki, Şəxs törətdiyi inzibati xətaya görə cəriməni gecikdirmə faizi ilə birlikdə tam ödəmişdir. İXM-nin 529-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndində göstərilir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orda saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər başlana bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Şəxs İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətsə də, məhkəmə qərar qəbul edənədək törədiyi əmələ görə ona təyin edilən cəriməni ödədiyindən başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməli və o inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar