Məhkəmə qərarları › İş №3(041)-1109/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1109/2023

04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1109/2023 04.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 13.20-də Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş X1 iştirakı ilə xx xxxxxx 1985-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayou Ərşəli kəndində yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Ərşəli kəndində polis əməkdaşı X2 ilə mübahisə edərək ictimai qaydanı pozan və ya fiztki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər etmişdir. X1 raportu əsasında Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə anası polis şöbəsinə şikayət etmiş və polis əməkdaşları şikayət əsasında onun yaşadığı ünvana gələrək onlarla birlikdə polis şöbəsinə getmək lazım olduğunu bildirmişlər. O, isə hansı səbəbdən polis şöbəsinə getmək lazım olduğunu soruşmuş,lakin polis əməkdaşları təkid edib məcburi qaydada polis şöbəsinə gətirmişlər.Onu 2 gün polis şöbəsində saxlamışlar. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. O, polis əməkdaşlarından üzr istəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 izahatında göstərdi ki, o, Kürdəmir RPŞ TB-də təhqiqatçı vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Kürdəmir RPŞnin növbətçi hissəsində növbədə olarkənKürdəmir raonu Ərşəli kənd sakini və Familin anası DİN-nin 102 xidmət mərkəzinə zəng edərək Familin bıçaqla onları hədələdiyini bildirərək təcili polis əməkdaşlarını köməyə çağırmışdır. Onlar da istintaq əməliyyat qrupu olaraq həmin ünvana getmişlər və Familin əlində bıçaq olduğunun şahidi olmuşlar. Onlar Familə yaxınlaşb özlərini təqdim etmiş və ona sakitləşməsini xahiş etsələr də Famil ucadan qışqıraraq onu nalayiq ifadələrlə təhqir etmişdir. Hadisə zamanı Familin ailə üzvləri onun hərəkətlərindən narahat olduqları üçün Famili məcburi qaydada polis şöbəsinə gətirib barəsində inzibati xəta haqqında protokol tərtib edib onu polis şöbəsində saxlamışlar. Məhkəmə araşdırması zamanı Şəxs əməli özünün qismən etirafı, zərərçəkmiş şəxsin izahatı hadisənin baş vermə şəraitindən habelə iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmədə inzibati xəta hadisəsi törədən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən onun əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə araşdırması zamanı barəsində inzibati icraat aparılan şəxs Şəxs və iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı da ifadəsində Famil İskəndərvun 2 gün Kürdəmir RPŞ-də saxlanılmışdır. Məhkəmə inzibati xəta hadisəsi törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, ona 05 (beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 02 dekabr 2023-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar