Məhkəmə qərarları › İş №3(041)-1111/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1111/2023

04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1111/2023 04.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Kürdəmir şəhər 2 saylı tam orta məktəbində texniki işci işləyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan. ş/v- Fin xxxxxxx Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Kürdəmir şəhər Qələbə parkında ictimai yerdə ünvansız nalayiq küçə söyüşləri söymüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi B.B.Cahanov tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandıraraq bildirdi ki, Kürdəmir rayon polis şöbəsinin əməkdaşları xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Kürdəmir şəhər Qələbə parkında xidmətdə olarkən Kürdəmir şəhər sakini Şəxs sərxoş vəziyyətdə ucadan ünvansız nalayiq ifadələr işlədərək, parkın ərazisində yerləşdirilmiş zibil qutularını təpiklədiyini görüb ona yaxınlaşıb özlərini təqdim edərək onu nizam-intizama dəvət etmiş, lakin Şəxs öz qanunsuz hərəkətlərini davam etdirdiyinə görə onu rayon polis şöbəsinə apararaq izahatı alınmış və barəsində Azərbaycan Respubikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə günorta vaxtı tanışları ilə birlikdə nahar etmiş və spirtli içki qəbul etmişdir. Təxminən saat 17 radələrində sərxoş vəziyyətdə evinə gedərkən Qələbə parkında işləyən Musa adlı şəxs telefonuna zəng edərək onu parka dəvət etmiş, parka gedib Musa ilə görüşmüş və söhbət əsnasında Musa ona olan 20 manat borcunu tələb etmişdir. Üstündə pulu olmadığını, əmək haqqısını alanda pulunu qaytaracağını ona bildirsə də, Musa onunla razılaşmamış və aralarında mübahisə yaranmış, sərxoş vəziyyətində olduğundan özünü idarə edə bilməmiş, öz ünvanına nalayiq ifadələr işlədərək parkda olan zibil qabını təpikləməyə başlamış, həmin vaxt polis əməkdaşları oraya yaxınlaşaraq onu sakitləşdirməyə çalışmış, kənar şəxslər oraya toplaşdığından polis əməkdaşları onu polis şöbəsinə aparmış və izahatını almışlar. Etdiyi hərəkətin düz olmadığını dərk edir, bir daha belə nöqsanlara yol verməyəcəyinə söz verir. Əməlindən peşman olmasını nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Şəxs törətdiyi inzibati xəta özünün etirafı və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs əməlindən peşman olmasını və törətdiyi əməli səmimi etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 (bir yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar