Məhkəmə qərarları › İş №3(041)-1119/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1119/2023

06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1119/2023 06.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.2003-cü il tarixdə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Qobustan rayonu Xilmilli kəndində yaşayan – Şəxs barəsində Kürdəmir RPŞ-dən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2023-cü il tarixdə saat 15 radələrində ilə idarə etdiyi “Mersedes Benz” markalı**-EM-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Ağsu-Kürdəmir-İmişli yolunda hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə əməliyyatı edərkən qarşı hərəkət zolağında hərəkətdə olan X1 idarə etdiyi “DAF” markalı,**-UU-*** dövlət qediyyat nişanlı avtomçobilin sağ yan hissəsi ilə toqquşmuş və idarəetməni itirərək avtomobili yoluin hərəkət hissəsindən sol kənarındakı boşluq ərazisinə yol nəqliyyat hadisəsi törətmişdir.Baş vermiş hadisə zamanı onun avtomobilində sərnişin kimi ələşmiş Zərərçəkmiş şəxs sağlamlığın qısa müddət pozulmasına səəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən xəasət almışdır. Şəxs barəsində toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Kürdəmir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, onun Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 12 radələrində dostu Mirddinlə birlikdə özünə məxsus “Mersedes Benz” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu-Kürdəmir-İmişli yolunun Atakişıili kəndindən keçən hissəsində İmişli rayonu istiqamətində hərəkətdə olarkən adını sonradan bildiyi İmişli rayon Bəzirvan kənd sakini Zərərçəkmiş şəxs yolun kənarında ayanaraq ona əl etdiyini, o,da Xaləddini avtomobilə götürdüyünü,hərəkətdə olan zaman qarşıda hərəkətdə olan “Shacman” markalı yük avtomobilini ötmək qərarına gəlmiş,avtomobilin sürətini qaldırmış,qarşıdan gələn “DAF” markalı,**-UU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmaq təhlükəsi yaranmış ona görə də avtomobili yolun soluna çəkərkən onun idarə etdiyi avtomobil Bbahiyədinin idarə etdiyi avtomobilin sağ qabaq tərəfinə dəymiş,o,isə idarəetməni itirdiyi üçün avtomobili yolun sağ tərəfində olan torpaq sahəsinə aşmışdır.Hadisə zamanı özü və avtomobilində olan dostu Mirəddin yüngül bədən xəsarəti almışlar. Zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbləri yoxdur. ilk dəfə inzibati xəta hadisəsi törətməsini və avtomobilin ailəsinin yeganə dolanışıq mənbəyi olduğunu, nəzərə alıb ona sürücülük hüququnun məhdudlaşdırlması ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rıədd edilməsi haqqında qərarda MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 556 nömrəli rəyində 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs sağ bazu və boynunun əzələ-bağ aparatının gərilməsinin küt əşya təsirindən əmələ gəldiyi və sağlamlığa yüngül zərərvurmaya aid edildiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş sürücülü vəsiqəsinin surətindən görünür ki, Şəxs BD 041199 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi vardır və xx.xx.2032-ci ilədək etibarlıdır. İş materiallaırına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda ƏN-Vİİİ 606941 nömrəli etibarnəmədə Şəxs Fərail oğlunun idarə etdiyi “Mersedes Benz” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixədək etibarnmə əsasında idarə etmək hüququ olduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında xx.xx.2023-cü il tarixli, 381 nömrəli aktında Şəxs hadisə baş verən gün ayıq olduğu göstərilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs əməli özünün etirafı, zərəçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta töədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, törətdiyi xətanın xarakterini, təqsirlik dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar