Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-1121/2024 25.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X6, Şəxs-nin rəhbəri X* barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.*-2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ : Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.*-2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair *5.08.2024cu il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Kürdəmir Rayon Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edildi ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.*-2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair *5.08.2024-cu il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında materiala Kürdəmir rayon Məhkəməsində baxılmış və məhkəmənin *9.09.2024-cü il tarixli 3(04*)-872/2024 saylı qərardadı ilə protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin *09.*.6-cı maddəsinə əsasən Kürdəmir Rayon Polis Şöbəsinə geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin *09.*.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin qərarın əsaslandırıcı hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 03 may 20*7-ci il tarixli *36* nömrəli Fərmanı ilə təsdiq edilmiş Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısının *2-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin *90 və 25*.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol yerli icra hakimiyyəti orqanı adından – yerli icra hakimiyyəti orqanının başçısı, onun müavinləri, şöbə müdiri, onun müavini, sektor müdiri, başçının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri tərəfindən tərtib edilir. Həmin siyahının 3*-3-cü bəndinə əsasən Məcəllənin 395.*-ci (həmin əməlin Azərbaycan Respublikasının Mənzil X2 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə) və 395.2-ci (həmin əməlin Azərbaycan Respublikasının Mənzil X2 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Mənzil X4 adından – X3 sədri, onun müavini, Aparatın rəhbəri, Aparatda şöbə müdiri, onun müavini, sektor müdiri tərəfindən inzibati xəta haqqında protokol tərtib edilir. Həmin siyahının 3*-*2-ci bəndinə əsasən Məcəllənin 395.*-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol 3*-*2.*-ci maddəsinə görə Azərbaycan Respublikası Mənzil X2 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə Azərbaycan Respublikasının Mənzil X4 adından – bu Siyahının 3*-3-cü hissəsində nəzərdə tutulan vəzifəli şəxslər tərəfindən və 3*-*2.2-ci maddəsinə görə digər hallarda yerli icra hakimiyyəti orqanı adından – bu Siyahının *2-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər tərəfindən tərtib edilir. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.*-2-ci maddəsi ilə inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısında Daxili İşlər Nazirliyi daxil edilməmişdir. Beləliklə, inzibati xəta haqqında protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edildiyindən "xxxx" MMC-nin rəhbəri X* Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.*-2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Kürdəmir Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, *09, **4 və **5-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : "xxxx" MMC-nin rəhbəri X* Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.*-2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Kürdəmir rayon Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Kürdəmir Rayon Polis Şöbəsinə geri qaytarılsın. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-1121/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-1121/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver