Məhkəmə qərarları › İş №3(041)-1122/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1122/2024

25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1122/2024 25.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir RPŞ-nin DYPB-in YNH üzrə baş inpektoru, polis kapitanı X3, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Vəliyeddin oğlunun iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağdam rayonu, Qasımlı ə/d, Qasımlı kəndi qeydiyyatda olan (FİN-xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş 20 noyabr 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 18 avqust 2024-cü il tarixdə Kürdəmir şəhəri Vaqif küçəsi “dörd yol dairəsi” adlanan yer istiqamətində Mercedes Benz E230 minik markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək törətdiyi xəta nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurmuş, bununla da İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir RPŞ-nin DYPB-in YNH üzrə baş inpektoru polis kapitanı X5 izahatında göstərmişdir ki, Şəxs 20 noyabr 2024-cü il tarixdə saat 13:35 radələrində Kürdəmir şəhəri Vaqif küçəsi “dörd yol dairəsi” adlanan yer istiqamətində “Mercedes Benz E230” minik markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə hər iki avtomobilə maddi zərər vurmuşdur. Hadisənin baş verdiyi vaxt Şəxs Vəliyeddin oğlunun sürücülük hüququ olmamışdır. Daha sonra Şəxs Vəliyeddin oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 20 noyabr 2024-cü il tarixdə saat 13:35 radələrində qardaşı X1 məxsus olan “Mercedes Benz E230” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobili könüllü icazəsi ilə o idarə edərək Kürdəmir şəhəri Vaqif küçəsi “dörd yol dairəsi” adlanan yer istiqamətində hərəkətdə olan zaman ondan qarşıda eyni zolaqda hərəkətdə olan VAZ-21144 minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə toqquşmuşdur. O, yol nəqliyyat hadisəsi zamanı təhlükəsizlik kəmərindən istifadə etmişdir. Həmin nəqliyyat vasitəsini idarə etməyə hüququ olmamışdır. Sonda zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşman olması nəzərə alınaraq barəsində cərimə ilə bağlı olan tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirdi ki, 20 noyabr 2024-cü il tarixdə mülkiyyətində olan VAZ 21144 minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə ederkən Kürdəmir şəhəri Vaqif küçəsi “dörd yol dairəsi” adlanan yer istiqamətində hərəkətdə olarkən sağa işıq siqnalını yandırıb sürətini azaldaraq sağa dönən zaman ondan arxada olan hərəkətdə olan Mercedess Benz E230 minik markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobil sürətlə gəldiyi üçün dayana bilməyərək qabaq sağ hissəsi ilə onun idarə etdiyi avtomobilin arxa sol hissəsinə dəymişdir. Həmin hadisə zamanı heç bir xəsarət almamışdır. Hazırda inzibati xəta törtəmiş şəxslə barışmışdır. Məhkəmədən onun barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 20 noyabr 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhəri Vaqif küçəsi “dörd yol dairəsi” adlanan yer istiqamətində “MERCEDES BENZ E230” minik markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək törətdiyi xəta nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurmuş, bununla da İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün, zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1), zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını (İXM 32.2), eləcə də ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şükürov X2 Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar