Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1123/2024 25.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X7, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonunun Ərəbqubalı kəndində qeydiyyatda olmaqla yaşayan X2 barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokola və əlavə edilmiş sənədlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 hüququ olmadan xx.xx.2024-cü il tarixdə gecə saat 02 radələrində “Qaz-31” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Kürdəmir rayonu Ərəbqubalı kəndi ərazisində hərəkətdə olarkən kəndin giriş hissəsində şəhid X5 adına olan şəhid bulağının qarşısına düzülmüş mişar daşlarına vurmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 izahatında bildirdi ki, Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanıyır, normal münasibətləri olmuşdur. Nəqliyyat vasitəsini edarə etməyi bacarır, lakin nəqliyyat vasitələrini idarə etmək hüququ yoxdur. xx.xx.2024-cü il tarixdə saat 02 radələrində “Qaz-31” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Kürdəmir rayonu Ərəbqubalı kəndində hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törədərək kəndin giriş hissəsində şəhid X5 adına olan şəhid bulağının qarşısına düzülmüş mişar daşlarına çırpılaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində xəsarət alan olmamış, lakin şəhid bulağının qarşısına tökülmüş mişar daşlarının bir neçəsi qırılmışdır. Hazırda dəymiş ziyanla bağlı Zərərçəkmiş şəxs ilə öz aralarında razılıq əldə etmişlər, hazırda ona qarşı heç bir şikayət və tələb yoxdur. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahatında bildirdi ki, inzibati xəta törətmiş X3 həmkəndlisi kimi tanıyır, aralarında ədavətləri və düşmənçilikləri yoxdur. Kürdəmir rayonu Ərəbqubalı kəndinin giriş hissəsində şəhid oğlu Nurlan Eminovun adına şəhid bulağı var. xx.xx.2024-cü il tarixdə gecə saatlarında Şəxs sürücülük hüququ olmadan idarə etdiyi Qaz-31” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə şəhid oğlunun adına olan bulağın qarşısına düzülmüş mişar daşlarına çırpılaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində xəsarət alan olmamış, dəymiş ziyanla bağlı X4 ilə öz aralarında razılıq əldə etmişlər. hazırda ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 törətdiyi inzibati xəta özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. X2 ilk dəfə inzibati xəta hadisəsi törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayətci olmamasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alıram. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. X2 şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq, törətdiyi inzibati xətaya görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X İMANOV
Məhkəmə qərarları › İş №3(041)-1123/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1123/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver