Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1125/2024 26.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X8, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Kürdəmir RPŞ-nin polis sahə rəisi X4 iştirakları ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2008-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Ağcabədi şəhəri, M.Abdullayev küçəsi, ev 5-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir RPŞ-nin polis sahə rəisi X4 xx.xx.2024-cü il tarixdə tərtib etdiyi MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Şahsevən kəndində Zərərçəkmiş şəxs öz həyətində döymüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsində nəzərdə tutulmuş xəta törədilmişdir. Kürdəmir RPŞ-nin polis sahə rəisi X7 tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi olaraq onunla əsaslandırdı ki, Kürdəmir rayonu. Şahsevən kəndində yaşayan Zərərçəkmiş şəxs şikayəti əsasında Kürdəmir RPŞ TB-də araşdırma aparılmış, təhqiqatçı Səbuhi Kərimovun 21 noyabr 2024-cü il tarixdə qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Qərarın icrası ona həvalə edildiyindən, Şəxs barəsində xx.xx.2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokola tərtib etmiş və baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Verilmiş suallara cavab olaraq E.A.Ağayev bildirmişdir ki, qərarda Şəxs 21 yaşda olması göstərildiyindən, qanuni nümayəndəsinin iştirakı və müdafiəçi ilə təmin edilməsi ilə bağlı məsələyə baxılmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində bildirdi ki, Şəxs qudası Təhminənin nəvəsidir. Məhəmmədəli nənəsi Təhminənin yanına qonaq kimi gəlir və 3 aya yaxındır ki, nənəsi ilə qalır. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində yaşadığı evin həyətində olarkən Məmmədəli ona yaxınlaşaraq niyə bacısını söydüyünü soruşmuş və sillə ilə bir dəfə sifət nahiyyəsinə, daha sonra yumruqla bir neçə zərbə vuraraq onu yerə yıxmışdır. Məmmədəlinin onu döyməsi barədə polis şöbəsinə şikayət etmiş, hazırdada ondan şikayətçidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ailə üzvləri ilə Ağcabədi rayonunda yaşayır, Kürdəmir rayonunun Şahsevən kəndinə nənəsi Günayın evində qonaq kimi qalır. Zərərçəkmiş şəxs nənəsi Günayla qonşuluqda yaşayır, aralarında qohumluq münasibətləri var. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində yaşadığı evin həyətində Zərərçəkmiş şəxs yaxınlaşıb niyə bacısını söydüyünü soruşmuş və əsəbi olduğu üçün sillə ilə bir dəfə sifət nahiyyəsinə vurmuş və oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs ondan polis şöbəsinə şikayət etmiş, şöbədə olanlar barəsində izahat vermişdir. X2 çıxışında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2008-ci il təvəllüdlü olmaqla 16 yaşı olmasına baxmayaraq, Kürdəmir RPŞ TBnin təhqiqatçısı Səbuhi Kərimovun 21 noyabr 2024-cü il tarixdə qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında onun yaşı 21 göstərilmişdir. Qanuni nümayəndəsinin iştirakı olmadan təhqiqatçının ondan izahat alması qanunsuzdur. Kürdəmir RPŞ-nin polis sahə rəisi X4 xx.xx.2024-cü il tarixdə tərtib etdiyi MN ******* nömrəli inzibati xəta haqqında protokoldan da məlum olur ki, yetkinlik yaşına çatmayan Şəxs inzibati icraat zamanı qanuni nümayəndəsinin və müdafiəçinin iştirakı təmin edilməmişdir. Qeyd edilən pozuntulara yol verməklə hazırki işə məhkəmədə baxıla bilməz və daxil olmuş inzibati material geri qaytarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və çıxışlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan inzibati material geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında materiallarda və eləcə də, məhkəmə sorğusu ilə tələb edilmiş Zərərçəkmiş şəxs müraciəti əsasında Kürdəmir RPŞ TB-də toplanmış HK-1-2187 nömrəli rədd materialında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini təsdiq edən heç bir sənəd aşkar edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Kürdəmir RPŞ TB-nin təhqiqatçısı Səbuhi Kərimovun 21 noyabr 2024-cü il tarixdə qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında onun yaşı 21 göstərilmiş, materialın 4-cü səhifəsində Şəxs alınmış izahatda doğum tarixi xx.xx.2008-ci il göstərilmişdir. Məhkəmə iclasında da Şəxs xx.xx.2008-ci il tarixdə Ağcabədi rayonunda anadan olduğunu, şəxsiyyət vəsiqəsi almadığını bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 63.1-ci maddəsinin tələblərinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. 63.2. Valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar. 63.3. Bu Məcəllənin 63.1-ci maddəsində göstərilən şəxslərin qanuni nümayəndələri olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli vəzifəli şəxs qəyyumluq və himayəçilik orqanını qanuni nümayəndə hesab edir. 63.4. Fiziki şəxsin qanuni nümayəndəsi öz səlahiyyətlərini təsdiq edən sənədi hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) təqdim edir. 63.5. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təmsil etdiyi şəxs barəsində bu Məcəllədə nəzərdə tutulmuş hüquqlara malikdir və vəzifələri daşıyır. 63.6. On səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. Həmin Məcəllənin 66.1-ci maddəsinə görə inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. 66.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. 66.3. Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Qanunvericiliyin şərh edilən imperativ normalarına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs yetkinlik yaşına çatmadıqda, onun mənafeyini qanuni nümayəndəsi təmsil etməli, inzibati həbs nəzərdə tutulmuş inzibati xəta törətdiyi halda həmin işlərdə vəkilin iştirakı təmin edilməlidir. Hazırki işdə isə Zərərçəkmiş şəxs müraciəti əsasında Kürdəmir RPŞ TB-də aparılan araşdırma zamanı və eləcə də Şəxs barəsində aparılan inzibati icraat zamanı qanunvericiliyin qeyd edilən normaları kobud surətdə pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəməyə təqdim edilmiş, xx.xx.2024-cü il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan məlumatlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-də nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edilməsi, qanuni nümayəndəsinin iştirakının təmin edilməməsi və sair nöqsanları işə baxılarkən tamamlamaq mümkün olmadığından, inzibati xəta haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. İnzibati Xətalar Məcəlləsində məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 may 2019-cu il tarixli qərarının 1-ci bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109, 129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş, xx.xx.2008-ci il təvəllüdlü Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında material Kürdəmir rayon polis şöbəsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-1125/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1125/2024
26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver