Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1126/2023 28.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1981-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Kürdəmir rayonu Qarasu kəndində məskunlaşmış - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2023-cü il tarixdə ov qaydalarının kobud şəkildə pozaraq lazımi icazə olmadan Kürdəmir rayonu ərazisində özünə məxsus 1 ədəd “İJ 54” markalı,16 kalibirli,qundaq nömrəsi 137739-59, lülə nömrəsi 121947 olan yivsiz ov tüfəngi ilə ov qaydalarını pozmaqla 08 ədəd boz dovşan ovlayaraq təbiətə 88 manat maddi ziyan vurmuşdur. Şəxs barəsində toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilərək Rəşad Məmmədovun Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında dindirilmiş Şəxs bildirdi ki, o, Kürdəmir rayonu Qarasu kəndində yaşayır. Onun qeydiyyatsız olan İJ-54 markalı ov tüfəngi vardır. xx.xx.2023-cü il tarixdə həmkəndliləri ilə kənd ərazisində 08 ədəd çöl dovşanı ovlamış Həmin günü Kürdəmir rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşraq özlərini təqdim edin həmin silahın sənədinin olub-olmamasını soruşmuş və onun qanunsuz ov ilə məşğl olmasını bildirib izahatı alınması üçün Kürdəmir rayon polis şöbəsinə gətirmişlər. Əməlindən peşman olmasını və ilk dəfə inzibati xəta hadisəsi törətməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta hadisəsi özünün səmimi etirafı, onun barəsində tərtib olunmuş inzibati protokol və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə Şəxsna inzibati tənbeh tədbiri tətbiq edərkən onun əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, əmlak vəziyyətini, onun ilk dəfə inzibati xəta hadisəsi törətməsini, məsuliyyəti yüngülləşdirən halları habelə habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməməklə 01 il müddətə ov hüququnun məhdudlaşdırılmasını qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib barəsində inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə 02 (iki) il müddətə hüququ məhdudlaşdırılsın. Kürdəmir rayon polis şöbəsində saxlanılan 1 ədəd “İJ 54” markalı,16 kalibirli,qundaq nömrəsi 137739-59, lülə nömrəsi 121947 olan yivsiz ov tüfənginin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Mərkəzi anbarına təhvil verilməsi Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-1126/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1126/2023
28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver