Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-1126/2024 27.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və Kürdəmir RPŞ-nın İTB-nın polis sahə rəisi X1 iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, DSMF-nin 1 saylı Mərkəzi Aran regional filialında işləyən, Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi, ev 14də qeydiyyatda olan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun “müəyyən edildi” qrafasına görə “vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs söyüb təhqir etmişdir. Məmmədova Nərmin məni söydüyü üçün mən də ona cavab qaytardım. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir”. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala məhkəmə iclasında baxılarkən Kürdəmir RPŞ-nın İTB-nın polis sahə rəisi X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandıraraq bildirdi ki, Kürdəmir rayon İcra və Probasiya şöbəsində və şöbənin həyətində Şəxs ilə Zərərçəkmiş şəxs arasında sözlə mübahisə yaranmış, biri-birilərin ünvanına nalayiq ifadələr işlətmişlər. Zərərçəkmiş şəxs ərizəsinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə icra məmurunun çağırışı ilə Kürdəmir rayon İcra və Probasiya şöbəsində olarkən xalası oğlunun keçmiş arvadı Zərərçəkmiş şəxs ilə rastlaşmış və nəsihət kimi ona bildirmişdir ki, artıq boşanma və əmlak tələbləri ilə bağlı mübahisələri həll edildiyi üçün şikayətlərinə son qoysun və münasibətlərin daha da dərinləşdirilməsindən uzaq dursun. Nərminə cavab olaraq onu söymüş və ünvanına təhqiredici ifadələr işlətdiyinə görə aralarında mübahisə yaranmışdır. Mübahisənin böyüdüyünü görüb oradan uzaqlaşarkən Nərminənin şikayəti ilə oraya gələn polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş və izahatını alandan sonra barəsində Azərbaycan Respublikası İXM-nın 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə gətirmişlər. Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə əmlak tələbi ilə məhkəmənin qətnaməsinin icrasında yaranmış mübahisə ilə bağlı Kürdəmir rayon İcra və Probasiya şöbəsinə getmiş və orada keçmiş ərinin xalası oğlu Şəxs ona yaxınlaşaraq nalayiq ifadələrlə təhqir etmiş və sözlə aralarında mübahisə yaranmışdır. Bundan sonra polis şöbəsinə şikayət etmiş, oraya gələn polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişlər. Polis şöbəsində verdiyi izahatında baş vermiş hadisəni olduğu kimi göstərmişdir. Hazırda Şəxs şikayətçidir. Məhkəmədə şahid qismində dindirilən X4 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun qohumudur, Şəxs ilə uzaq qohum olsa da hər ikisi ilə normal münasibətləri var. xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin həyətində Şəxs ilə Zərərçəkmiş şəxs mübahisə etdiyini və biri-birilərinin ünvanına nalayiq ifadələr işlətdiyini görüb onları aralaşdırmış, hadisə yerinə gələn polis əməkdaşları onları polis şöbəsinə aparmışdır. İnzibati xəta haqqında materiallardan görünür ki, xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon İcra və Probasiya şöbəsində və şöbənin həyətində Şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə olmuş, ictimai yerdə biri-birilərini təhqir etmişlər. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Kürdəmir RPŞ-nın İTB-nın polis sahə rəisi X2 tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi inzibati xəta haqqında protokol qəbul edilmiş və tərtib edilmiş protokolun inzibati xəta haqqında materialla birlikdə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363- 2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Həmin Məcəllənin 43.2-cü maddəsinə əsasən, bu Məcəllənin 43.2-1-ci və 54.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər istisna olmaqla, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanının 5.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə həm də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İXM-nin 43.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Göründüyü kimi, AR İXM-in 510-cu maddəsi ilə materiallar Kürdəmir Rayon Məhkəməsinə göndərilərkən protokol tərtib etməyə səlahiyyəti müəyyən edilmiş Kürdəmir rayon Polis Şöbəsi tərəfindən barəsində icraat aparılan şəxs haqqında maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül inzibati tənbehin verilməsinin qeyri-mümkünlüyü qərardadla əsaslandırılmalıdır. Əgər materiallarda şəxs barəsində həbs inzibati tənbehin tətbiqi zəruriliyi aşkara çıxarsa, bu halda toplanmış materiallar məhkəməyə göndərilməlidir. Lakin, Kürdəmir rayon Polis Şöbəsi barəsində icraat aparılan şəxs haqqında həbs inzibati tənbehin tətbiqi üçün əsasların olması qənaətinə gəlməsini qərardadında əsaslandırmamışdır. Bu da onu göstərir ki, hazırkı material Kürdəmir rayon Polis Şöbəsində baxılmalı və səlahiyyətləri çərçivəsində qərar qəbul olunmalıdır. Məhkəmə qeyd olunan halları, inzibati xəta haqqında materialların natamam toplanılması kimi qiymətləndirir və hesab edir ki, həmin materiallar baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM 109.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir: 109.1.1. işin baxılması tarixinin və yerinin təyin edilməsi; 109.1.2. işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61-67-ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması; 109.1.3. iş barəsində zəruri olan əlavə materialların tələb edilməsi; 109.1.4. ekspertizanın təyin edilməsi; 109.1.5. işə baxılmanın təxirə salınması; 109.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması; 109.1.7. əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109-cu maddəsini rəhbər tutaraq , QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Kürdəmir rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-1126/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-1126/2024
27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver