Məhkəmə qərarları › İş №3(041)-1128/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1128/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1128/2024 28.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, Zərərçəkmiş şəxs Ticarət Mərkəzinin nümayəndəsi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2003-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Kürdəmir şəhəri Bakı prospektində yerləşən Zərərçəkmiş şəxs Ticarət Mərkəzindən 178 manat dəyərində 1 ədəd viski içkisini oğurlamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXMnin 227-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, ailəsi ilə birilikdə ünvan 1 ünvanında yaşayır, fərdi əməklə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Kürdəmir şəhəri Bakı prospektində yerləşən Zərərçəkmiş şəxs Ticarət Mərkəzinə getmiş, spirlti içklər düzülmüş rəflərə yaxınlaşaraq 1 butulka viski içkisini oğurlayaraq paltarının altında gizlətmiş və marektdən çıxarmışdır. Hazırda vurduğu 178 manat ziyanı ödəyib, Zərərçəkmiş şəxs Ticarət Mərkəzinin müdiriyyəti tərəfindən ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs Ticarət Mərkəzinin nümayəndəsi X2 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs Ticarət Mərkəzində aparılan yoxlama zamanı 178 manat dəyərində 1 ədəd viski içkisinin yerində olmadığını müəyyən etmişlər, kamera görüntülərinə baxdıqdan sonra həmin viskinin naməlum şəxs tərəfindən oğurlandığını bildikdən sonra bu barədə Kürdəmir rayon polis şöbəsinə müraciət edərək həmin şəxsin tapılıb barəsində tədbir görülməsini xahiş etmişlər. Müraciətdən sonra oğurluq edən şəxsin Şəxs olduğunu bilmişlər. Hazırda onlara dəyən maddi ziyan tam şəkildə Şəxs tərəfindən ödənilmiş, ona görə də, heç bir şikayət və tələbləri yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın, zərərçəkmiş şəxsin nümayəndəsi X1 izahatlarını dinləyib, həmçinin məhkəməyə təqdim edilən barışıq ərzəsini nəzərə alıb hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 39.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar