Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1129/2023 26.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Qarasu kəndində yaşayan (AZE ********) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Kürdəmir rayon polis şöbəsoindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN1832471 nömrəli inzibati xəta haqqına protokola və xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən Şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Qarasu kəndi ərazisində yerləşən axmaz su hövzəsində akkumulyatorlardan istifadə edib suya cəryan verməklə balıq və digər su bioresurslarının mühavizəsi qaydalarını pozaraq 37 ədəd dabanbalığının (karp) qanunsuz tutulması nəticəsində təbiətə 407 manat, 7 ədəd durna balığıın qanunsuz tutulması nəticəsində təbiətə 77 manat, 3 ədəd naxa (naqqa) balığının qanunsuz tutulması nəticəsində təbiətə 33 manat maddi ziyan vurmuş, nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonunun Qarasu kəndində yaşayır, fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə tanışı Eldarla birlikdə Kürdəmir rayonu Qarasu kəndi ərazisində çöl torpaq sahəsində olarkən axmaz su hövzəsində çoxlu balıq olduğunu görmüşlər və dərhal yaşadıqları evə gəlib balıq tutmaq üçün ləvazımatlar götürüb həmin yerə qayıtmışlar. Özləri ilə apardıqları suya cəryan vermək üçün akkumulyatorlardan əvvəl istifadə etmək istəsələrdə sonradan su az olduğu üçün balıqları əllə tutmaq qərarına gəlmişlər. Həmin vaxt yaxınlıqda olan polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib onları polis şöbəsinə aparmışlar. Şöbədə su hövzəsindən tutuduqları 37 ədəd dabanbalığı, 7 ədəd durna balığı, 3 ədəd naqqa balığı, 3 ədəd akkumulyator və 1 ədəd cəryan verən cihaz polis əməkdaşları tərəfindən müsadirə edilərək götürülmüşdür. O, törətdiyi əməlin məsuliyyət yaratdığını bilməmişdir. Əməlində peşman olmasını və ilk dəfə inzibati xəta hadisəsi törətməsini nəzərə alıb, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli 3-14-47/2-93/2023 saylı məktubundan görünür ki, 37 ədəd dabanbalığının (karp) qanunsuz tutulması nəticəsində təbiətə 407 manat, 7 ədəd durna balığıın qanunsuz tutulması nəticəsində təbiətə 77 manat, 3 ədəd naxa (naqqa) balığının qanunsuz tutulması nəticəsində təbiətə 33 manat, ümumilikdə isə 517 manat maddi ziyan dəymişdir. Şəxs barəsində olan balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulması ilə bağlı material ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalara aiddir. Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə balıq və digər su bioresurslarının mühavizəsi qaydalarını pozaraq təbiətə ümumilikdə 517 manat maddi ziyan vurmuşdur. Güründüyü kimi Şəxs axmaz su hövzəsində akkumulyatorlardan istifadə edib suya cəryan verməklə balıq və digər su bioresurslarının mühavizəsi qaydalarını pozaraq balıq ovlamış və bu səbəbdən onun törətdiyi inzibati xəta düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs törətdiyi inzibati xəta hadisəsi özünün səmimi etirafı, onun barəsində tərtib olunmuş inzibati protokol, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar və iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, ilk dəfə inzibati xəta hadisəsi törətməsini, məsuliyyəti yüngülləşdirən halları habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati xətanın törədilməsində alət kimi istifadə edilmiş 03 ədəd akkumulyator və bir ədəd cəryan verən cihaz müsadirə edilməklə barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati xətanın törədilməsində alət kimi istifadə edilmiş 03 ədəd akkumulyator və bir ədəd cəryan verən cihaz müsadirə edilməklə 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-1129/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1129/2023
26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver