Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-113/2024 29.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1974-cü ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Kürdəmir rayonu Qaraqocalı kəndində yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2024-cü il tarixdə sürücülük hüququ olmadan «Cherolet Aveo” markalı, **-BE- *** dövlət qeydiyyat nişanlı idarə edərkən maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs AR İXM-nin 332.4-cü maddəsinin tələblərini pozması aşkar edildiyi üçün xx.xx.2023cü il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə sürücülük hüquq olmadan, mülkiyyətində olan «Cherolet Aveo” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir şəhəri,H.Əliyev prospektində hərəkətdə olan zaman həmin küçəsnin qurtaracağında sola dönrək parkın başında dayanmış və daha sonra isə hərəkətini rayon məhkəməsi istiqamətində davam etdirmək üçün stop nişanını tələblərini və yolayrıcı keçmə qaydaalarını pozaraq ondan sağ tərəfdə baş yol iləçhərəkətdə olan “VAZ 2107”markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili buraxmadan yol ayrıcına daxil oldğundan yolayrıcının kəsişməsində həmin avtomobilin sol yan hissəsi ilə toqquşaraq qəza törətmişdir.Qəzada bədən xasaəti alan olmasa da avtomobillərə maddi ziyan dəymişdir. O, dəymiş ziyanla bağlı zərərçəkmiş şəxslərlə aralarında barışıq əldə etmişdir. Əməlindən peşmadır. İlk dəfədir ki, inzibati xəta hadisəsi törədir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstədi ki, xx.xx.2024-cü tarixdə,saat 13 radələrində atasına məxsus “VAZ 2107” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamıə olmadan idarə edərək Kürdəmir şəhəri,A.Əhçəd küçəsi ilə üzü rayon istiqamətində hərəkətədə olan zaman bir qədər qabaqdakı yolayrıcının kəsişməsində sol tərəfdən hərəkətdə olan “Cevrolet Aveo” markalı,**-BE-*** dövlət qediyyat nişanlı avtomobil stop nişanını tələblərini və yolayrıcı keçmə qaydalarını pozaraq kəsişməyə daxil daxil olduğundan avtomobilin sol yan yan hissəsindən toqquşaraq qəza törətmişdir. Baş vermiş hadisədən bədən xəsarəti alan olmamış, lakin avtomobillərə maddi ziyan dəymişdir. Dəymiş ziyanla bağlı razılıq əldə edilmişdir. Onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Texniki Xidmət Məntəqəsinin xx.xx.2024-cü il tarixli, 03 nömrəli ziyan aktından görünür ki,“VAZ 2107” markalı,**-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 665 manat ziyan dəymişdir. Məhkəmə araşdırması zamanı Şəxs AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törətməsi özünün səmimi etirafı, zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması, qənaitinə gələrək onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə barışıq əldə etməsini məsuliyyəti yüngülləşdirən nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.1.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək,habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsi ilə təqsirlibilinib barəsində 500 (beş yüz) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-113/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-113/2024
29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver