Məhkəmə qərarları › İş №3(041)-1130/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1130/2024

29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1130/2024 29.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Xırdalan Masazır şossesinin şimalı ünvanında qeydiyyatda olan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN2070931 nömrəli inzibati xəta haqqında protokola və iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs narkotik vasitələrin qəbul etməsində şöbhəli olduğundan saxlanılaraq Kürdəmir rayon polis şöbəsinə gətirilmiş və sidiyinin tərkibindən götürülmüş nümunələrdən narkotik vasitə olan marixuana aşkar edilmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN2070930 nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanına küçə söyüşləri söymüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nın 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Qarabağ Müharibəsində iştirak etmiş, döyüşdə aldığı xəsarətlərə görə 3-cü dərəcəli əlil və müharibə veteranıdır. Narkotik maddə istifadəçisi deyil. Bir neçə gün əvvəl iştirak etdiyi toy məclisində dostları ilə birlikdə qurudulmuş marixuana qəbul etmişdir. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində avtomobili ilə Pirəköçə kəndinə getmiş, kəndə polis əməkdaşları gəldiyini eşidib səbəbi ilə maraqlanmış və ona bildirmişlər ki, polislər onu da soruşmuşlar. Polis əməkdaşlarına yaxınlaşıb əsəbi halda səbəbini soruşmuş və onların ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə aparmış, üzərindən narkotik vasitə aşkar edilmədiyindən müayinə edilməsi üçün Mingəçevir şəhərinə aparmışlar. Müayinənin nəticəsi müsbət çıxmış və polis şöbəsində verdiyi izahatında da narkotik vasitədən istifadə etməsini etiraf etmişdir. İş materiallarına əlavə edilmiş, cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə tədbir görülməsi üçün material ayrılmaqla Kürdəmir RPŞ İTB-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş, Mingəçevir şəhər rayonlararası Narkoloji dispanserinin xx.xx.2024-cü il tarixli, 1332 saylı müayinə protokolundan görünür ki, Şəxs sidiyində narkotik vasitə olan marixuana aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixli, AZA000541 nömrəli inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il saat 22.10-da inzibati qaydada tutulmuş və xx.xx.2024-cü il saat 10.00-da azad edilmişdir. İşə əlavə edilmiş, xx.xx.2024-cü il tarixdə verilmiş vəsiqədən tibbi sənədlərdən görünür ki, Şəxs 3-cü qrup əlil və müharibə veteranıdır. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 1332 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoluna əsasən Şəxs sidiyində narkotik vasitə olan marixuananın aşkar edilməsi onun narkotik vasitə hesab edilən marixuanadan istifadə etməsini (narkotik vasitənin istehlakını) təsdiq edən sübut kimi qəbul edilə bilər. Şəxs bir qrup şəxslə ictimai yerdə, kənddə yaşayan sakinlərin gözü qarşısında polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə, narkotik vasitələrin dövriyyəsində iştiraklarına görə şübhəli bilinərək saxlanılan şəxslərin buraxılmalarını tələb etməsi ilə bağlı hərəkətləri isə ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri kimi qiymətləndirilir. Şəxs məhkəmə iclasında verdiyi izahatında törətdiyi hər iki inzibati xətanı səmimi olaraq etiraf etmiş və əməlindən peşman olmasını bildirmişdir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs inzibati xətaya görə səmimi peşmançılığını (İXM-nin 32.1.1-ci maddəsi) məsuliyyətini yüngülləşdirən, səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirməsini, inzibati xətanı bir qrup şəxslə birlikdə törətməsini (İXM-nin 33.1.1, 33.1.5-ci maddələri) məsuliyyətini ağırlaşdıran hallar kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Kazımov X1 Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməli, daha ciddi xəta hesab edilən İXM-nin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, Qarabağ Müharibəsində iştirakını, müharibə veteranı və 3-cü dərəcəli əlil olmasını nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbiri tətbiq edilməli, qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən Şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi inzibati qaydada tutulduğu müddət inzibati cərimə tənbeh tədbirinə daxil edilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30-32, 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə, daha ciddi xəta hesab edilən İXM-nin 206-cı maddəsinə əsasən barəsində 400 (dörd yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən Şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi inzibati qaydada tutulduğu müddət təyin edilmiş 400 (dörd yüz) manat inzibati cərimə tənbeh tədbirindən çıxılmaqla, barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron rayon icra şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar