Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1131/2024 29.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Mollakənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə yaşadığı kənddə narkotik vasitə olan marixuanadan istifadə etmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində ünvan 1 ünvanına küçə söyüşləri söymüş, nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nın 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Pirəköçə kəndində yaşayır, narkotik maddə istifadəçisi deyil. Bir neçə gün əvvəl iştirak etdiyi toy məclisində dostları ilə birlikdə qurudulmuş marixuana qəbul etmişdir. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində avtomobili ilə Pirəköçə kəndinə getmiş, kəndə polis əməkdaşları gəldiyini eşidib səbəbi ilə maraqlanmış və ona bildirmişlər ki, polislər onu da soruşmuşlar. Polis əməkdaşlarına yaxınlaşıb əsəbi halda səbəbini soruşmuş və onların ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə aparmış, üzərindən narkotik vasitə aşkar edilmədiyindən müayinə edilməsi üçün Mingəçevir şəhərinə aparmışlar. Müayinənin nəticəsi müsbət çıxmış və polis şöbəsində verdiyi izahatında da narkotik vasitədən istifadə etməsini etiraf etmişdir. Şəxs izahatının sonunda əməlindən peşman olmasını və ilk dəfə inzibati xəta törətməsini nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş, Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 1333 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində narkotik vasitə olan marixuana aşkar edilmişdir. İşdə olan, Kürdəmir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili X4 RPŞ-nin rəisinə ünvanladığı xx.xx.2024-cü il tarixli raportunda bildirmişdir ki. xx.xx.2024-cü il tarixdə saat 20:00-da Kürdəmir rayonu Pirəköçə kəndində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar polis əməkdaşları ilə əməliyyat tədbirləri keçirilən zaman həmin kənd sakinləri X6 və X1 zaman həmin vaxt Lada Priora markalı avtomobil ona yaxınlaşmış və həmin avtomobildən 4 nəfər düşərək uca səslə onların ünvanına nalayiq ifadələr işlətmiş, həmin şəxslərə özlərini təqdim edərək onları nizam-intizama dəvət etmiş, lakin həmin şəxslər yenidən onların ünvanına nalayiq ifadələr işlətməklə saxlanılan şəxslərin buraxılmalarını tələb etmişlər. İş materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixli, AZA000538 nömrəli inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il saat 22.00-da inzibati qaydada tutulmuş və xx.xx.2024-cü il tarixdə azad edilmişdir. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 1333 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoluna əsasən Şəxs sidiyində narkotik vasitə olan marixuananın aşkar edilməsi onun narkotik vasitə hesab edilən marixuanadan istifadə etməsini (narkotik vasitənin istehlakını) təsdiq edən sübut kimi qəbul edilə bilər. Şəxs bir qrup şəxslə ictimai yerdə, kənddə yaşayan sakinlərin gözü qarşısında polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə, narkotik vasitələrin dövriyyəsində iştiraklarına görə şübhəli bilinərək saxlanılan şəxslərin buraxılmalarını tələb etməsi ilə bağlı hərəkətləri isə ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri kimi qiymətləndirilir. Şəxs məhkəmə iclasında verdiyi izahatında törətdiyi hər iki inzibati xətanı səmimi olaraq etiraf etmiş və əməlindən peşman olmasını bildirmişdir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində daha ciddi xəta hesab edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs inzibati xətaya görə səmimi peşmançılığını (İXM-nin 32.1.1-ci maddəsi) məsuliyyətini yüngülləşdirən, səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirməsini, inzibati xətanı bir qrup şəxslə birlikdə törətməsini (İXM-nin 33.1.1, 33.1.5-ci maddələri) məsuliyyətini ağırlaşdıran hallar kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov X2 Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməli, daha ciddi xəta hesab edilən İXM-nin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, törətdiyi inzibati xətalara görə məsuliyyətini ağırlaşdıran halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən Şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi inzibati qaydada tutulduğu müddət inzibati həbs müddətinə daxil edilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30-32, 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə, daha ciddi xəta hesab edilən İXM-nin 206-cı maddəsinə əsasən barəsində 01 (bir) ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən Şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi inzibati qaydada tutulduğu müddət təyin edilmiş 01 (bir) ay müddətinə inzibati həbs tənbeh tədbirindən çıxılmaqla, barəsində 28 (iyirmi səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 29 noyabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-1131/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1131/2024
29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver