Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1133/2023 11.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X7 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1951-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, pensiyaçı, Kürdəmir rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN1602908 nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir rayon Prokurorluğunun inzibati binasında ünvanlı və ünvansız söyüşlər söymüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir rayon polis şöbəsinin İTB-nın sahə rəisi B.B.Cahanov tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi olaraq onunla əsaslandırdı ki, Kürdəmir rayon prokurorluğunun inzibati binasında polis mühafizə xidmətində olan polis nəfəri X4 Kürdəmir rayon polis şöbəsinə daxil olan raportu araşdırılması üçün ona həvalə edilmişdir. Raportda göstərilmişdir ki, xx.xx.1951-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Kürdəmir rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində Kürdəmir rayon prokurorluğunun inzibati binasında ünvanlı və ünvansız söyüşlər söydüyünə və öz hərəkətlərini davam etdirdiyinə görə prokurorluğun iş fəaliyyətini pozmuşdur. Şəxs polis əməkdaşlrı tərəfindən polis şöbəsinə gətirilmiş, şöbədə hüquq və vəzifələri izah olunaraq izahat verməli olduğunu izah etmişlər, lakin o, izahat verməkdən imtina etmişdir. Raportda göstərilənlərə əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta olduğu müəyyən edildiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ailəsi ilə birlikdə qeydiyyatda olmaqla Kürdəmir rayonu, Yenikənd kəndində yaşayır, uşaqları Qarabağ müharibəsi veteranıdır, özü və arvadı şəkər xəstəliyindən əziyyət çəkir. Arvadı Firəngiz bir müddət əvvəl bankdan kredit götürmüş və sonradan onlara verilən kreditin cədvələ uyğun olmadığını, yəni kassadan verilən pulun az olduğunu bildikdən sonra aidiyyəti yerlərə müraciət etmiş, müraciətləri nəticə vermədiyindən məcbur olub Kürdəımir rayon Porokurorluğuna ərizə ilə müraciət edərək baş verənlərin aydınlaşdırılmasını xahiş etmişlər. xx.xx.2023-cü il tarixdə şikayətinin nəticəsini bilmək üçün arvadı ilə birlikdə Kürdəmir rayon prokurorluğuna getmiş, polis mühafizə xidmətinin əməkdaşı onları prokurorun müavini Elxan Məmmədovun ikinci mərtəbədə yerləşən xidməti otağına aparmışdır. Elxan Məmmədov həvəssiz olaraq onları dinləmiş və bundan sonra bankın müdirinə telefonla zəng edərək uzun müddət hal-əhval tutmuş, lakin onların şikayətləri barəsində ondan heç bir şey soruşmamışdır. Bundan əsəbiləşərək uca səslə öz narazılığını bildirmiş və otaqdan çıxıb birinci mərtəbəyə düşərkən polis mühafizə xidmətinin əməkdaşı onları qarşılamış və onları prokurorluğun inzibati binasından çölə çıxarmışdır. Bundan sonra Kürdəmir rayon polis şöbəsinin əməkdaşları onları polis şöbəsinə aparmış, baş verənlərlə bağlı şifahi olaraq onlara məlumat vermiş, lakin buna baxmayaraq əsassız olaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişlər. Protokolla razı olmadığına görə protokolu imzalamaqdan və yazılı izahat verməkdən imtina etmişdir. Məhkəmədə şahid qismində dindirilən Kürdəmir rayon prokurorluğunun inzibati binasında polis mühafizə xidmətinin əməkdaşı X6 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 10-11 radələrində sonradan tanıdığı Şəxs arvadı Firəngizlə ona yaxınlaşaraq prokurorun müavini Elxan Məmmədovun qəbulunda olmaq istədiklərini bildirmiş və razılıq alandan sonra onları prokurorun müavini Elxan Məmmədovun ikinci mərtəbədə yerləşən xidməti otağına aparmış və özü xidmət etdiyi postuna qayıtmışdır. Təxminən 10-15 dəqiqə sonra binanın ikinci mərtəbəsindən səs-küy gəldiyini eşitmiş, ikinci mərtəbəyə çıxdıqda Şəxs öz ünvanına və ünvansız nalayiq ifadələr işlətdiyini görmüş, onları prokurorluğun inzibati binasından çölə çıxarmış və bu barədə Kürdəmir rayon polis şöbəsinə məlumat vermiş və raport yazaraq polisə təqdim etmişdir. Həmin vaxt orada prokurorluğunun əməkdaşlarından başqa heç kim olmamış, mübahisəni onlardan başqa heç kim görməmişdir. Məhkəmədə şahid qismində dindirilən X1 ifadəsində əri-barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında qeyd etdiyi xüsusatları bir daha təsdiq etdi və əlavə olaraq bildirdi ki, hər ikisi şəkər xəstəsidir, etdiyi şikayətlərə baxılmadığı üçün buna öz etirazlarını bildirmişlər. İnzibati xəta haqqında protokolu tərtib edən və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsin izahatlarını, şahidlərin ifadəsini dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, hərəkətində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki işin yuxarıda qeyd edilən hallarından məlum olur ki, Şəxs arvadı X1 ilə birlikdə xx.xx.2023-cü il tarixdə verdikləri şikayətin nəticəsini bilmək üçün Kürdəmir rayon prokurorluğuna getmiş, lakin onlara lazımi diqqət yetirilmədiyi üçün öz etirazlarını uca səslə bildirdikləri üçün Kürdəmir rayon prokurorluğunun inzibati binasında polis mühafizə xidmətinin əməkdaşı X4 raportu əsasında Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərmişdir. Göründüyü kimi, Şəxs tərəfindən ictimai qaydanı pozan hərəkətlərə yol verməsini təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Ona görə də, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənbu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-1133/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1133/2023
11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver