Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1133/2024 29.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Kazımov Marif Sabir oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi, AR Vəkillər Kollegiyasının üzvü vəkil X1 iştirakı ilə, xx.xx.1989-cu ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Beyi kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510 və 206-cı maddələri ilə Kürdəmir rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Kürdəmir şəhəri,H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Materaldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində Kürdəmir rayonu, Pirəköçə kəndində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar Kürdəmir RPŞnin əməkdaşları Fəhmin Kərimli və Sahib Behbudov ilə mübahisə edərək sonuncların ünvanına ucadan qışqıraraq nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və qanunsuz olaraq narkotik vasitə istehlak etmişdir. Hər iki material üzrə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, inzibati xətalar eyni şəxs tərəfindən törədildiyinə və baxılması eyni orqanın səlahiyyətinə aid olduğuna görə həmin inzibati xəta haqqında işlərə eyni vaxtda baxılmalı və bir icraatda birləşdirilməlidir. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs göstərdi ki, xx.xx.2024-cü il tarixdə onun idarə etdiyi “Lada Priora” markalı avtomobillə tanışları İlqar Məmmədov və bacanağı Samil Kazımovla birlikdə gedərkən Kürdəmir rayon Pirəköçə kəndində polis əməkdaşları onları saxlatdırmış və onların narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduqlarını deyib onlarla birlikdə Kürdəmir RPŞ-nə getmək lazım olduğunu demişlər. Onlar da heç bir söz demədən polis əməkdaşları ilə birlikdə Kürdəmir RPŞ-nə gəlmişlər. Polis şöbəsində onlar üzərinə şəxsi axarış keçirilsə də, heç nə aşkar edilməmiş, lakin o, 40 gün əvvəl narkotik vasitə istifadə etdiyini demiş, bundan sonra onu Mingəçevir şəhərinə aparıb sidiyindən verdiyi analizdən narkotik vasitə istifadə etdiyi aşkar edilmişdir. Əməlidən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə sat 20 radələrində Kürdəmir rayonu, Pirəköçə kəndində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar Kürdəmir RPŞ CAB-nin baş əməliyyat müvəkkili Seymur Vahidov, Kürdəmir RPŞ İTB-nin Xidmət üzrə baş inspektoru Fəhmin Kərimli və Kürdəmir RPŞ İTBnin sahə polisnəfəri Sahib Behbudov ilə əməliyyat tədbirləri keçirilən zaman həmin kənd sakinləri Ariz Məmişov və Vəfadar Nağıyev saxlanılan zaman həmin vaxt “Lada Priora” markalı avtomobil polis əməkdaşlarına yaxınlaşmış və avtomobildən 4 nəfə düşərək uca səslə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, polis əməkdaşları həmin şəxslərə özlərini təqdim edərək onları nizam intizama dəvət etsələr də, həmin şəxslərlə birlikdə olan Şəxs ucadan qışqıaraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra məcburi şəkildə Şəxs həmin şəxslərlə birlikdə məcburi şəkildə polis şöbəsinə gətirmişlər. Üzərərinə keçirilən şəxsi axtarış zamanı hər hansı narkotik vasitə aşkar edilməsə də, Mingəçevir şəhərində labalatoriyadan alınmış cavabdea Şəxs narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün məhkəmədə veriyi ifadəsi, şahid ifadəsi, hadisənin baş vermə şəraiti və iş materialları ilə sübut olunmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulan xətanı törətməsi sübuta yetirilmir. Belə ki, Şəxs izahatında 40 gün əvvəl narkotik vasitə qəbul etdiyini bildirsə də, bu izahat onun İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün yeterli deyildir. Eləcə də, barəsində icraat aparılan şəxsin izahatı yalnız başqa tədqiq edilmiş mötəbər sübutlarla təsdiq olunarsa, ona qarşı irəli sürülmüş inzibati xətanın sübutetmə əsası kimi çıxış edə bilər. Barəsində icraat aparılan şəxsin yalan izahat vermək hüququ və təqsirsizlik prezumsiyası hüququnun olması da bunu qeyri- mümkün edir. Həmçinin, Kürdəmir rayon Polis şöbəsinin əməkdaşlarının təqdim etdiyi müayinə aktı da, Şəxs məsuliyyətə cəlb edilməsi üçün kifayətedici və mötəbər sübut deyildir. Yalnız müvafiq məhkəmə kimyəvi və məhkəmə narkaloji ekspertizaların keçirilməsi nəticəsində alınmış ekspert rəyi ilə Şəxs qanunsuz olaraq narkotik vasitə istehlak edib- etməməsi və onun məcburi müalicəyə ehtiyacı olub olmamasının müəyyən edilməsi mümkündür. Odur ki, məhkəmə Şəxs barəsində Azərbaycan respublikası İXM-nin 206-ci maddəsi ilə olan inzibati xaəta haqqında materialın icraatına xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, Şəxs barəsində olan inzibati xata haqqında materialın icraatına AR İXM-nin 206-cı maddəsi ilə olan hissədə xitam verilməli, o, Azərbaycan Respublikası İXM-nin 510-cü maddəsi ilə təqsirli bilinərək, törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, ailə və maddi vəziyyətini nəzərə alınaraq barəsində İXM-nin 510-cü maddəsinin sanksyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehi təbiq edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli,AZA 000539 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə,saat 22.00da inzibati qəydada tutulmuşdur. Məhkəmə qeyd edir ki, onun həbsdə saxlandığı müddət nəzərə alınmaqla cərimə tənbehi yüngülləşdirilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 50 (əlli) manat məbləğdə inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Şəxs barəsində olan inzibati xata haqqında materialın icraatına AR İXM-nin 206-cı maddəsi ilə olan hissədə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(041)-1133/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1133/2024
29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver