Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1134/2023 11.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir şəhəri,İ.Qayıbov küçəsi,ev 1/4 yaşayan – Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2023-cü il tarixdə ictimai qaydanın mühafizəsi üzrə vəzifələri icra edən Kürdəmir RPŞ-inin əməkdaşının qanuni tələbinə qəsdən tabe olmaması göstərilmiş və onun barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, gecə saatlarında evdə araq içərək küçəyə çıxmış və dostu ilə telefonda danışarkən əsəbləşərək söyüş söymüşdür. Həmin vaxt yaxılıqda olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib ona sakitləşməsini demiş, o, isə sərxoş olduğu üçün öz hərəkətlərini başa düşməmiş və adını sonradan bildiyi Rəhbər adlı polis əməkdaşı ilə ucadan mübahisə edərək onu nalayiq ifadələlrə təhqir etmişdir. Bundan sonra da polis əməkdaşı onlarla birlikdə Kürdəmir RPŞ-nə getməli olduğunu bildirmişlər. O, da heç bir söz demədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş və barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. O,polis əməkdaşlarına heç bir tabesizlik göstərməmiş, lakin onları söymüşdür. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ PPXB-də polis nəfəri işləyir. Kürdəmir RPŞ PPXB-də polis nəfəri işləyir.xx.xx.2023-cü il tarixdə saat təxminən 02 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektində xidmətdə olan zaman bir nəfər şəxsin ucadan telefonda danışaraq nalayiq ifadələr işlətdiyini eşidib həmin şəxsə yaxınlaşmış və özünü təqdim edərək sakitləşməsini və ucadan qışqıəraraq nalayiq ifadələr işlətməməsini xahiş etmiş, adını sonradan bildiyi Zaur isə sərxoş olduğu üçün öz qanunsuz hərəkətlərinə davam etmişdir. Bundan sonra o, təkrar olaraq Zauru xəbərdar edəndə Zaur ucadan qışqıraraq onun özünü də nalayiq ifadələrlə təhqir etmişdir. O, Zaurun sakitləşmədiyini görüb köməyə digər polis əməkdaşlarını çağırmış və onu məcburi qaydada polis şöbəsinə aparmışlar. Məhkəmə öz daxili inamına və məhkəmə araşdırması zamanı əldə olunan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs polisin qanuni tələbinə tabesizlik göstərməmiş, heç bir qanun pozuntusuna yol verməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-1134/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1134/2023
11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver