Məhkəmə qərarları › İş №3(041)-1135/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-1135/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-1135/2024 02.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Kürdəmir RPŞ-nin polis sahə rəisi X1 iştirakları ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2006-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Kürdəmir şəhəri, Əzizbəyov küçəsi, ev 13-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir RPŞ-nin polis sahə rəisi X1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 məxsus VAZ 2107 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilindən 110 manat dəyərində akkumulyatoru oğurlamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 227-ci maddəsində nəzərdə tutulmuş xəta törədilmişdir. Kürdəmir RPŞ-nin polis sahə rəisi X1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus NİVA markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilindən 90 manat dəyərində akkumulyatoru oğurlamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 227-ci maddəsində nəzərdə tutulmuş xəta törədilmişdir. Kürdəmir RPŞ-nin polis sahə rəisi X1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 məxsus VAZ 2107 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilindən 95 manat dəyərində akkumulyatoru və avtomobilin salonunda olan qoltuqaltıdan “Kapital Banka” aid kredit kartını oğurlamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 227-ci maddəsində nəzərdə tutulmuş xəta törədilmişdir. Kürdəmir RPŞ-nin polis sahə rəisi X2 tərtib etdiyi inzibati xəta haqqında protokolları şifahi olaraq onunla əsaslandırdı ki, Kürdəmir şəhəri, Əzizbəyov küçəsi, ev 13-də yaşayan Şəxs xırda talaması ilə bağlı şikayətlər Kürdəmir RPŞ TB-də araşdırılmış və hər 3 epizod üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı qəbul edilmiş, qərarların surətləri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Kürdəmir RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Qərarların icrası ona həvalə edildiyindən, Şəxs barəsində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli MN ******* bönrəli və xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Verilmiş suallara cavab olaraq F.Z.Kərimli bildirmişdir ki, Şəxs qanuni nümayəndəsinin iştirakı və müdafiəçi ilə təmin edilməsi ilə bağlı məsələyə baxılmamışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan inzibati material geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında materiallara əlavə edilmiş, xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İİ 004404 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şəxs xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası İXM-nin 63.1-ci maddəsinin tələblərinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. 63.2. Valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar. 63.3. Bu Məcəllənin 63.1-ci maddəsində göstərilən şəxslərin qanuni nümayəndələri olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli vəzifəli şəxs qəyyumluq və himayəçilik orqanını qanuni nümayəndə hesab edir. 63.4. Fiziki şəxsin qanuni nümayəndəsi öz səlahiyyətlərini təsdiq edən sənədi hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) təqdim edir. 63.5. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təmsil etdiyi şəxs barəsində bu Məcəllədə nəzərdə tutulmuş hüquqlara malikdir və vəzifələri daşıyır. 63.6. On səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. Həmin Məcəllənin 66.1-ci maddəsinə görə inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. 66.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. 66.3. Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Qanunvericiliyin şərh edilən imperativ normalarına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs yetkinlik yaşına çatmadıqda, onun mənafeyini qanuni nümayəndəsi təmsil etməli, inzibati həbs nəzərdə tutulmuş inzibati xəta törətdiyi halda həmin işlərdə vəkilin iştirakı təmin edilməlidir. Hazırki işdə isə Şəxs barəsində aparılan təhqiqat və inzibati icraat zamanı qanunvericiliyin qeyd edilən normaları kobud surətdə pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəməyə təqdim edilmiş, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli, xx.xx.2024cü il tarixli MN ******* nömrəli və xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollarda inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan məlumatlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-də nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edilməsi, qanuni nümayəndəsinin iştirakının təmin edilməməsi və sair nöqsanları işə baxılarkən tamamlamaq mümkün olmadığından, inzibati xəta haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. İnzibati Xətalar Məcəlləsində məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 may 2019-cu il tarixli qərarının 1-ci bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109, 129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş, xx.xx.2006-cı il təvəllüdlü Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında material Kürdəmir rayon polis şöbəsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar