Məhkəmə qərarları › İş №3(041)-1136/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1136/2023

28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1136/2023 28.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin ica məmuru X1 iştirakı ilə xx.xx.1984-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir şəhəri,H.Əliyev prospekti,məh,3,ev 13-də yaşayan- Şəxsnın barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs məhkəmə qərarlarını qəsdən icra etmədiyi üçün xx.xx.2022-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmiş və onun inzibati məsuliyyətə cəlb eduilməsi xahiş edilmişdir. Məhkəmədə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru, X2 göstərdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(041)-760/2014 saylı ica sənədinə əsasən 2 uşağın saxlanması üçün Şəxs hər ay hər uşağa görə 80 manat olmaqla, ümumilkdə 160 manat aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Bundan başqa Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2003/2023 saylı il tarixli icra sənədinə əsasən Kürdəmir rayon məhkəməsinnin qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək alimentin miqdarı hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat məbləğində müəyyən edilmişdir. İcra sənədi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədi üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, onun icra şöbəsinə gəlməsi və borcunu ödəməsi tələb olunmuş, lakin o, əvvllər alimenti ödəsə də son 5 ay ərzində heç bir ödəniş etməmiş və onun 1380 manat aliment borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilib məhkəməyə gətirildikdən sonra o, borcunu ödəmək üçün vaxt istəmiş, məhkəmə onun xahişini nəzərə alaraq qalan borcunu ödəmək üçün ona vaxt vermişdir. Ona verilən vaxt ərzində 400 manat ödəniş etmişdir. Hazırda onun 980 manat borcu qalmışdır. Qalan borcunu da 2 ay müddətinə tam ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, Kürdəmir rayon məhkəməsinin 2014-cü il tarixli və Abşeron rayon məhkəməsinin 2023-cü il tarixli qətnaəsinə əsasən onun 1380 manat aliment borcu vardır. Özü əvvəllər işlədiyi üçün alimenti hər ay ödəmişdir. Lakin s0n 5 ay ərzində səhhəti ilə əlaqədar işləyə bilməmi və onun borcu yaranmışdır. Hazırda o, işləyir və 1380 manat aliment borcundan 400 manat ödəniş etmiş, onun 980 manat borcu qalmışdır. Qalan borcunu da 2 ay müddətinə tam olaraq ödəyəcəkdir.O, məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyətini başa düşür. Odur ki, barəsində tərtib olunmuş inzibati materiala xitam verilməsini xahiş etdi. Beləliklə, məhkəmə barəsində inzibati icraat açılmış Şəxs və İcra məmuru Ruslan Əskərovun izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati material üzrə icraata xitam verilməlidir. Belə ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(041)-760/2014 saylı ica sənədinə əsasən 2 uşağın saxlanması üçün Şəxs hər ay hər uşağa görə 80 manat olmaqla, ümumilkdə 160 manat aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Bundan başqa Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2003/2023 saylı il tarixli icra sənədinə əsasən Kürdəmir rayon məhkəməsinnin qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək alimentin miqdarı hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat məbləğində müəyyən edilmişdir.İcra vərəqələri Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədi üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, onun icra şöbəsinə gəlməsi və borcunu ödəməsi tələb olunmuşdur. Borclu ifadəsində işləmədiyini və sabit gəliri olmadığını göstərmiş və borcunu ödəmək üçün vaxt istəmişdir. Məhkəmə onun xahişini nəzərə alaraq ona vaxt vermiş və o, ona verilən vaxt ərzində 1380 manat aliment borcundan 400 manat ödəmiş, qalan borcunu da 2 ay müddətində ödəəcəyini bildirmçişdir. Borclu Şəxs məsuliyətini başa düşdüyünü və məhkəmə qərarına hörmətlə yanaşdığını bildir barəsində olan inzibati icraata xitam verilməsini xahiş edir. Məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq hesab edir ki, Şəxsnın hərəkətlərində məhkəmə qərarının icrası ilə bağlı heç bir qərəz yoxdur və İcra məmumurunun çağırışına da könüllü olaraq gəlmiş və icra sənədi üzrə borcundan ödəniş etmişdir. Ona görə də onun barəsində olan inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilir ki, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinəəsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53,106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏ R A R A A L D İ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar