Məhkəmə qərarları › İş №3(041)-1139/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1139/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1139/2024 02.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, DOST MMC-də süpürgəçi işləyən, Kürdəmir rayonunun Pirili kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsinin dövlət yol polis bölməsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsinin dövlət yol polis bölməsindən daxil olmuş xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində «VAZ2107» markalı, 10MM219 dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan sərxoş vəziyyətdə idarə etmiş və yol nəqliyyat hadisəsi törədərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi zərər vurmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ailəsi ilə birlikdə Pirili kəndində yaşayır, nəqliyyat vasitələrini idarə etmək hüququ yoxdur. xx.xx.2024-cü il tarixdə nahar edərkən bir qədər spirtli içki qəbul etmiş, həmin gün saat 17 radələrində “VAZ 2105” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan sərxoş vəziyyətdə Kürdəmir rayon ərazisində hərəkətdə olarkən ani olaraq idarə etməni itirmiş və Zərərçəkmiş şəxs məxsus “QAZ 32213” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində hər iki avtomobilə maddi ziyan dəymiş, lakin xəsarət alan olmamışdır. Dəymiş ziyanla bağlı Zərərçəkmiş şəxs ilə öz aralarında razılığa gəlmişlər. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində istifadəsində olan “QAZ 32213” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Kürdəmir rayon ərazisində hərəkətdə olarkən sonradan tanıdığı Şəxs idarə etdiyi “VAZ 2105” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun avtomobilinin vurmuşdur. Hadisə vaxtı bədən xəsarətləri almamış, lakin avtomobilinə maddi ziyan dəymişdir. Dəymiş ziyanla bağlı Şəxs ilə öz aralarında razılıq əldə etmşlər, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşdə olan, xx.xx.2024-cü il tarixli, 397 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktı”na əsasən Şəxs həmin gün yüngül dərəcəli sərxoş olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xəta özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 334.3-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikasının İXM-nin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayətci olmamasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alıram. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq, törətdiyi inzibati xətaya görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi məqsədə müvafiq hesab edilir. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar