Məhkəmə qərarları › İş №3(041)-1140/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1140/2023

20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1140/2023 20.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi ilə, X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli, EQ17524098 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə şikayətinə özünün iştirakı ilə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X1 rayon məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək xx.xx.2023-cü il tarixli, EQ17524098 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 izahatında bildirdi ki, ailəsi ilə bilikdə Kürdəmir rayonu Muğanlı kəndində yaşayır, “Mercedes Benz E270 minik” amrkalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobili var, həmin avtomobillə sürücülük fəaliyyəti ilə məşğul olur, əldə etdiyi gəlirlə ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə həmin avtomobillə H.Z.Tağıyev yolunun 12.4-cü km-da saat 12.40-da hərəkətdə olduğu zaman yol enişli-yoxuşlu olduğu üçün qarşı tərəfdə hərəkətdə olan yük avtomobilinin sürücüsü qəza işıqları yandıraraq düz xətli yolda onu ötməyə məcbur etmişdir. Həmin yolda yol kənarında 3.20 ötmə qadağandır nişanı olmamış, yolun üzərinə isə 1.1 xətti çəkimişdir. Ziddiyət yarandığı üçüb məcbur olub 1.1 xətti çəkilmiş yolda ötmə əməliyyatı edib. Nəticədə xx.xx.2023-cü il tarixli, EQ17524098 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 80 manat məbləğində cərimə edilmişdir. Halbuki, həmin yolda yol kənarında 3.20 ötmə qadağandır nişanı yoxdur və hesab edir ki, yük avtomobilinin sürücüsü qəza işıqlarını yandırdığı üçün 1.1 xətti yolda ötmə əməliyyatı edə bilər, bu səbəbdən də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbləri ona şamil edilə bilməz. Barəsində qəbul edilən qərarla razı deyil, odur ki, şikayəti ilə bağlı qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəməyə təqdim edilən sənədlərdən və X2 izahatından aydın olur ki, o, “Mercedes Benz E270 minik” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə H.Z.Tağıyev yolunun 12.4-cü km-da hərəkətdə olarkən 1.1 xətti yolda əks istiqamətli hərəkət zolağına çıxıb ötmə əməliyyatı etməklə yol nişanlarının tələblərinə riayət etməmiş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2023-cü il tarixli, EQ17524098 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmiş və 80 manat cərimə edilmişdir. Y.R.Osmanov şikayətini iki əsasla, yəni yol kənarında 3.20 ötmə qadağandır nişanı olmadığını və qarşı tərəfdə hərəkət edən yük avtomobilinin sürücüsünün qəza işıqlarını yandırdığı üçün 1.1 xətli yolda ötmə əməliyyatı edə bilməsi ilə əsaslandırmışdır. Halbuki, şikayətcinin təqdim etdiyi vidio görüntü olan diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin yola “radar” yol nişanı qoyulmaqla sürücülər yolda radar olması barədə məlumatlandırılmış, şikayətci Y.Osmanovun da 1.1 xətli yolda əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə qaydalarını pozması radar tərəfindən müəyyən edilmişdir. Qanunvericiliyin tələblərinə görə sürücülərin 1.1 xətti yolda əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə əməliyyatı edə bilmələri yolda baş vermiş qəza, təmir və başqa çətinliklərə görə qoyulmuş əlavə yol nişanlarının tələblərə əsasən ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə, səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 61-ci maddəsində yol nişanlarının anlayışı, vəzifələri, növləri və bununla bağlı digər məsələlər dəqiq olaraq müəyyən edilmişdir: İ. Yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə). İİ. Yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). İİİ. Hər bir yol nişanının öz nömrəsi olur ki, onun birinci rəqəmi qrupun nömrəsinə uyğun olur, sonrakı rəqəmlər qrupda ardıcıl nömrəni və müxtəliflik mövcud olduqda onun ardıcıl nömrəsini əks etdirir. Həmin Qanunun 62 və 64-cü maddələrinə əsasən 1.1 (şlaqbaumlu dəmiryol keçidi) yol nişanı xəbərdarlıq, 3.20 (ötmək qadağandır) yol nişanı qadağan nişanlarına aid edilmişdir. Qanuniliyi mübahisələndirilən qərarda H.Z.Tağıyev yolunun 12.4-cü km-də saat 12.40-da “Mercedes Benz E270 minik” amrkalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi X4 tərəfindən törədilmiş inzibati xəta əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması kimi qeydə alınmış və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 80 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Hazırki iş üzrə şikayət edilən xx.xx.2023-cü il tarixli, EQ17524098 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun və Azərbaycan Respublikası İXM-nin tələblərinə cavab verdiyinə görə qanuni və əsaslı hesab edilir və bu səbəbdən də hesab edirəm ki, həmin qərar dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 136.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın surəti, onun qəbul olunduğu gündən iki gün müddətində, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə, zərər çəkmiş şəxsə və ya protest vermiş prokurora verilir. 137.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 130, 131, 133, 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli, EQ17524098 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən, həmin qərardan X4 tərəfindən verilmiş şikayət isə təmin edilmədən saxlanılsın. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar