Məhkəmə qərarları › İş №3(041)-1141/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1141/2023

20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1141/2023 20.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Qarabucaq kəndində yaşayan (AZE ********) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Kürdəmir rayon polis şöbəsoindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN1832482 nömrəli inzibati xəta haqqına protokola və xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən Şəxs xx.xx.2023-cü il tarixdə ov qaydalarını pozaraq lazımı icazə olmadan Kürdəmir rayonu Qarabucaq qəzəbəsində 1 ədəd sənədsiz “İJ” markalı nömrəsiz yivsiz ov tüfəngi ilə 01 ədəd çöl dovşanı ovlayaraq təbiətə 11 manat maddi ziyan vurmuş, nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonunun Qarabucaq kəndində yaşayır, özünə məxsus 1 ədəd “İJ” markalı nömrəsiz yivsiz ov tüfəngi var, lakin bu günə kimi ov etmək üçün aidiyyəti orqanlardan lisenziya almamışdır. xx.xx.2023-cü il tarixdə tanışları Cabir və Qalib ilə birlikdə axşam saat 23 radələrində ov etmək məqsədilə yaşadıqları kəndin ərazisində yerləşən çöl torpaq sahəsinə getmişlər. Orada özünə məxsus “İJ” markalı nömrəsiz yivsiz ov tüfəngi ilə 1 ədəd çöl dovşanı vurmuşdur. Həmin vaxt yaxınlıqda olan polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra silahın sənədlə ona məxsus olduğunu bildirmiş, həmin tüfəngi və ovladığı 01 ədəd çöl dovşanını polis əməkdaşlarına təhvil vermişdir. O, törətdiyi əməlin məsuliyyət yaratdığını bilməmişdir. Əməlində peşman olmasını və ilk dəfə inzibati xəta hadisəsi törətməsini nəzərə alıb, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Şəxs barəsində olan ov qaydalarının pozulması ilə bağlı material ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalara aiddir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin (eco.gov.az) "Elanlar" bölməsində Azərbaycan Respublikası ərazisində 2022- 2023-cü illərin ov mövsümü 2022-ci il 1 oktyabr tarixindən etibarən açıq elan edilmiş, respublika ərazisində 2022-2023-cü illərin ov mövsümündə “Ovlanmasına icazə verilən vəhşi heyvanların və quşların ovlanma müddətləri və normaları” ilə bağlı məlumat dərc edilmişdir. Həmin normalara görə dovşanın ovlanma müddəti 11 noyabr 2022-ci ildən 08 yanvar 2023-cü ilə kimi, adambaşına birdəfəlik norma kimi 2 ədəd müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə ov qaydalarını pozaraq lazımı icazə olmadan Kürdəmir rayonu Qarabucaq qəzəbəsində 1 ədəd “İJ” markalı nömrəsiz yivsiz ov tüfəngi ilə ov qaydalarını pozmaqla 01 ədəd çöl dovşanı ovlayaraq təbiətə 11 manat maddi ziyan vurmuş. Güründüyü kimi Şəxs qanunsuz yollarla əldə etdiyi ov silahı ilə lazımi icazə almadan 01 ədəd çöl dovşanı ovlamış və bu səbəbdən onun törətdiyi inzibati xəta düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə tövsif edilmişdir. Şəxs törətdiyi inzibati xəta hadisəsi özünün səmimi etirafı, onun barəsində tərtib olunmuş inzibati protokol, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar və iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, ilk dəfə inzibati xəta hadisəsi törətməsini, məsuliyyəti yüngülləşdirən halları habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati xətanın törədilməsində alət kimi istifadə edilmiş “İJ” markalı nömrəsiz yivsiz yivsiz ov tüfəngi müsadirə edilməklə 01 il müddətə ov hüququ məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 152.4-cü maddəsinə əsasən ov etmə hüququnun məhdudlaşdırılması haqqında qərarın icrası müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati xətanın törədilməsində alət kimi istifadə edilmiş “İJ” markalı nömrəsiz yivsiz ov tüfəngi müsadirə edilməklə 01 (bir) il müddətə ov hüququ məhdudlaşdırılsın. Kürdəmir rayon polis şöbəsində saxlanılan 1 ədəd “İJ” markalı nömrəsiz yivsiz ov tüfəngi müsadirə edilsin və Azərbaycan Respublikası DİN-nin X2 Baş İdarəsinin Mərkəzi Anbarına təhvil verilsin. Qərarın icrası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə həvalə edilsin. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar