Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1143/2024 04.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Karrar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN2047621 nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, xx.xx.2024-cü il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs üzərindən 0.48 qram küstar üsulla hazırlanmış qrudulmuş marixuana aşkar olunaraq götürülmüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Karrar kəndində yaşayır. Bir müddət əvvəl yol ilə gedərkən yerdə yolun kənarında 01 ədəd büküm diqqətini cəlb etmiş, yerdən götürüb içərisinə baxdıqda narkotik vasitə qrudulmuş marixuana olduğunu görmüş, özü istifadə etmək üçün cibində saxlamışdır. xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu Karrar kəndində piyada gəzərkən Kürdəmir rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə istifadə etməkdə şübəli olduğunu bildirib polis şöbəsinə aparmışlar. Şöbədə könüllü olaraq şalvarının cibindən içində qrudulmuş marixuana olan 01 ədəd bükümü polis əməkdaşlarına təqdim etmişdir. Şəxs izahatının sonunda əməlindən peşman olmasını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş 18/846 nömrəli, xx.xx.2024-cü il tarixli Məhkəmə bioloji Ekspertizasının verdiyi ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “.. Şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 0.48 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik maddə qrudulmuş marixuanadır. Tədqiqata 0.02 qram sərf olundu və qalıq 0.46 qram qalmışdır. Şəxs əməli özünün etirafı, xx.xx.2024-cü il tarixli ekspert rəyi, cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarla və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, üzərindən aşakar edilərək götürülmüş narkotik vasitə məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 04 dekabr 2024-cü il tarixdən hesablansın. Şəxs üzərindən aşakar edilərək götürülmüş və tədqiqata istifadə edildikdən sonra qalmış 0.46 qram qrudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə və Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-1143/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1143/2024
04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver