Məhkəmə qərarları › İş №3(041)-1144/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1144/2023

27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1144/2023 27.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1976-cı ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Saatlı rayonu Mustafabəyli kəndində yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Ərəbqubalı kəndi ərazisində qanunsuz olaraq su kanalından balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmuşdur. Onun Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs göstərdi ki, xx.xx.2023-cü il tarixdə tanışları ilə Kürdəmir rayonu Ərəbqubalı kəndi ərazisində yerləşən gölə gəlmiş və o, rezin qayıq və elektrik cərayanı aparatı vasitəsi ilə 6-7 ədəd balıq tutmuşdur. Bir az sonra Kürdəmir rayon Polis şöbəsinin əməkdaşı kimi təqdim edib onların qanunsuz ov etdiklərini və onunla birlikdə polis şöbəsinə getmək lazım olduğunu demiş və onlar heç bir söz demədən polis əməkdaşları ilə birlikdə Kürdəmir rayon polis şöbəsinə gəlmişlər. İlk dəfədir ki, inzibati xəta törədir. Əməlindən peşmandır. Bir daha belə hallar yol verməyəcəkdir. Ailənin yeganə gəlir gətirəni, ovçuluq onun ailəsinin yeganə dolanışıq mənbəyinin olmasını və maddi vəziyyətinin ağır olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta hadisəsi özünün səmimi etirafı, onun barəsində tərtib olunmuş inzibati protokol və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, əmlak vəziyyətini, onun ilk dəfə inzibati xəta hadisəsi törətməsini, məsuliyyəti yüngülləşdirən halları habelə habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş 1 ədəd rezin qayıq,1 ədəd cərəyan aparatı,5 ədəd karp və 2 ədəd durna balığı müsadirə olunmaqla inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə , Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş 1 ədəd rezin qayıq,1 ədəd cərəyan aparatı,5 ədəd karp və 2 ədəd durna balığı müsadirə edilməklə 700 (yeddi yüz) manat məbləğdə inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsiləŞirvan Apellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar