Məhkəmə qərarları › İş №3(041)-1145/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1145/2025

18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1145/2025 18.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlu Əhmədova Aidə Sədrəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1960-cı il tarixdə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Şahvəlli kəndində qeydiyyatda olmaqla Kürdəmir rayonunda yaşayan (FİN- xxxxxxx) Şəxs barəsində Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola və əlavə edilmiş sənədlərə əsasən Şəxs 04 sentyabr 2025-ci il tarixdə özünə məxsus bir baş inək heyvanını Kürdəmir rayonu, Atakişili kəndi istiqamətində kənd daxili asfalt örtüklü avtomobil yolunda nəzarətsiz qoyması səbəbindən həmin heyvanın avtomobil yolu ilə hərəkətdə olan X2 idarə etdiyi özünə məxsus “Mercedes Benz” markalı **-DO-*** qeydiyyat nişanlı avtomobillə vurulmasına və avtomobilə maddi ziyan dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsinə səbəb olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, özünəməxsus olan təsərrüfatında iribuynuzlu mal qarası var, həmin heyvanları hər gün kəndin örüş sahəsinə ötürürmüş. Heyvanlar otladıqdan sonra özləri geri qayıdırmış. Təsərrüfatında olan bir baş erkək dananın hadisədən 3 gün əvvəl gəlmədiyini görmüş, həmin dananı axtarsa da tapa bilməmiş, bu zaman xx.xx.2025ci il tarixdə, saat 20 radələrində ona məxsus olan bir baş itmiş erkək danasının Kürdəmir rayonu, Sor-Sor kəndi ərazisində olduğunu demişlər, hazırlaşıb gedən zaman ona danasının yaşadığı kəndin ərazisində magistiral yola çıxdığı üçün avtomobil vurması ilə bağlı məlumat almış, dərhal hadisə yerinə getmiş, ona məxsus olan bir baş erkək dananı avtomobil vurduğunu görmüş, sonradan ona məxsus olan erkək dananı yaşadığı kəndin ərazisində şəhid bulağının yaxınlığında Ağsu-Kürdəmir-İmişli yolunun 46-cı kilometrliyində Ağdam rayonu Sarıçobanlı kəndində qeydiyyatda olan və yaşayan X2 idarə etdiyi "Mersedes Benz 220" minik markalı qara metallik rəngli ** DO *** dövlət qeydiyyat nömrəli minik avtomobilin öz hərəkət zolağında vurması məlum olmuş, baş vermiş YNH-i zamanı ona məxsus olan dananın sol arxa ayağının sındığını, ona görə də həmin dananı həyətində kəsdiyini, dəymiş ziyanın ödənildiyini və zərərçəkmiş şəxslə öz aralarında razılıq əldə etdiklərini bildirmişdir. Bütün bunları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək, işi ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini, işə onun iştirakı olmadan baxılmasını, ona dəymiş ziyanın ödənildiyini, qarşı tərəfdən heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Baş vermiş hadisə ilə bağlı ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kürdəmir Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı polis kapitanı X1 cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarından məlum olur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin DYPB-nə göndərilmişdir; Kürdəmir Rayon Polis Şöbəsinin polis kapitanı X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünə məxsus heyvanları kəndin örüş sahəsinə ötürmüşdür. Bu nəticədə həmin heyvanların yola çıxaraq başqa şəxsin avtomobilinə zərər dəyməsinə səbəb olmuşdur. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilərək, heyvanların nəzarətsiz buraxmasını etiraf etmiş, heyvanların özbaşına otlamağa getdiyini və gecə onları qaytarmaq əvəzinə heyvanların özlərinin axşam qayıtdığını bildirmişdir. Məhkəmə hesab edir ki, toplanmış sübutlar və inzibati xəta haqqında materialların məzmunu Şəxs İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini təsdiq edir. Azərbaycan Respublikasının İXM-nin 338.5-ci maddəsinə görə at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; 338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; 338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; 338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə, qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs əməli özünün etirafedici izahatı və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, Şəxs barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İXM-nin 36.2-ci maddəsinə görə inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəx Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşağı həddə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməli, həmçinin vurulan ziyanla bağlı tərəflərə məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqları izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Maddi ziyanla bağlı tərəflərə mülki qaydada iddia qaldırmaq hüquqları izah edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar