Məhkəmə qərarları › İş №3(041)-1146/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1146/2024

06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1146/2024 06.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Mən, Kürdəmir rayon Məhkəməsinin hakimi X2, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Məhkəməyə Kürdəmir rayon Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair material daxil olunmuşdur. İş materialları ilə tanış olub hesab edirəm ki, iş aidiyyəti üzrə düz göndərilib və inzibati xəta haqqında protokol və işin digər materialları İnzibati Xətalar Məcəlləsinin tələblərinə tam müvafiq olaraq tərtib edilmişdir. İş materialları araşdırılarkən “AsanPay” ödəniş portalı vasitəsilə göndərilmiş sorğuya cavabdan görünür ki, Şəxs törətdiyi inzibati xətaya görə cəriməni gecikdirmə faizi ilə birlikdə tam ödəmişdir. Hesab edirəm ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.1,53.1.1 və 53.1.2 -ci maddələrə əsasən, inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda nzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-ci, 99-cu, 106-cı, 107-ci və 109-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında material üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar