Məhkəmə qərarları › İş №3(041)-1147/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1147/2023

15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1147/2023 15.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 17.55-də Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs oğlu və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.2002-ci Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Kürdəmir şəhəri, ŞO-60-DA yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddələri ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Zərərçəkmiş şəxsnna məxsus obyektin həyət qapısını gizli yolla oğurlayaraq zərərçəkmiş şəxsə 80 manat maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxsn oğlunun şikayət ərizəsi əsasında Kürdəmir rayon Polis şöbəsin Təhqiqat Bölməsində araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığı üçün Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı tərəfindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlnılması rədd edilmiş, onun əməlində AR İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan xx.xx.2023-cü il tarixdə barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törədən Şəxs göstərdi ki, o, Vasifi tanımamışdır. Pula ehtiyacı olmuş və xx.xx.2023-cü il tarixdə adını sonradan bildiyi Vasifə məxsus obyektin həyət qapısını oğurlayaraq 80 manata satmışdır. Polis əməkdaşları onu şöbəyə çağırmış və oğurluq etdiyini etiraf etmişdir. Bundan sonra o, Vasifə məxsus həyət qapısını satdığı adamdan alaraq Vasifə qaytarmışdır. O, dəymiş ziyanı ödəsə də zərərçəkmiş şəxs onunla barışmamışdır. Məhkəmə iclasında izahat verən Zərərçəkmiş şəxsn izahatında göstərdi ki,Kürdəmir şəhəri,Babək küçəsində özünə məxsus obyekti vardır. Həmin obyekt hazırda işləmədiyi üçün sahibsiz qalmış,buna baxmayaraq o,tez-tez həmin obyektə gedərək avadanlıqları yoxlamışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə obyektə getmiş, lakin həyət qapısının yerində olmadığını görüb dərhal polis şöbəsinə şikayət etmişdir. Polis əməkdaşları oğurluq edən şəxsin Taleh olduğunu müəyyən etmişdir, üzləşmədə Taleh həyət qapısını onun oğurladığını və 80 manata satdığını demişdir. Polsi əməkdaşlarının köməkliyi ilə ona məxsus qapı qaytarılmışdır. Ona dəymiş ziyan qaytarılsa da o, zTalehlə barışmər və onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Belə ki, Şəxs rayon ərazisində çoxlu oğurluqlar edir. Şəxs əməli özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs məxsus həyət qapısını oğurlamaqla ona 80 manat maddi ziyan vurmuşdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən dəymiş ziyanə ödəməsini məsliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsiliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə , QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib barəsində 23 (iyirmi üç) gün müddətinə inzibati həbs tətbiq edilsin. Həbsetmənin əvvəli 15 dekabr 2023-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar