Məhkəmə qərarları › İş №3(041)-1149/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1149/2025

22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1149/2025 22.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X9, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X3 nümayəndəsi və vəkili Vəkil Kürdəmir rayon Yol Patrul Xidmətinin İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şikayət vermiş şəxs X3 nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsiylə məhkəməyə müraciət edərək X5 barəsində icraatı aparılmış İXP7577079 nömrəli inzibati xəta haqqında iş üzrə Kürdəmir Rayon Polis X11 Polisi bölməsinin polis kapitanı X6 tərəfindən qəbul olunan "Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında" 01 dekabr 2025-ci il tarixli TP ******* nömrəli qərarı ləğv olunaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında" 01 dekabr 2025-ci il tarixli TP ******* nömrəli qərarda Kürdəmir şəhəri, Şəhriyar küçəsi, ev 42-də yaşayan X5 barəsində tərtib edilmiş 10 noyabr 2025-ci il tarixli İXP7577079 nömrəli inzibati xəta haqqında protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq, sonuncunun "Mercedes Traveqo 17SHD A" markalı ME-555-TN dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinin müəyyən edildiyi göstərilmiş və həmin qərarla X5 100 (bir yüz) Azərbaycan manatı məbləğində cərimə olunmuşdur. X5 barəsində 10 noyabr 2025-ci il tarixli İXP7577079 nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin 1-ci şöbəsinin böyük müstəntiqi X7 3-33/1-014495/2025 nömrəli material üzrə icraat apararkən qüvvədə olan prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozmuş və toplanmış materiallarla sübut olunmayan məsələyə dair qanunsuz qərar qəbul etmişdir. "Mercedes Traveqo 17SHD A" markalı ME-555-TN dövlət qeydiyyat nişanlı avtobusun mövcud gömrük qanunvericiliyinin tələb və şərtlərinə əməl edilməklə 13 mart 2020-ci il tarixdə Gürcüstandan müvəqqəti qaydada Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və xx.xx.2025-ci il tarixdə saat 03 radələrində Azərbaycan Respublikasının gömrük ərazisini tərk edərək Gürcüstana qaytarılması faktı gömrük orqanının vəzifəli şəxsləri tərəfindən gömrük xidmətinin X1 Sistemində aparılan qeydiyyatlarla, habelə Gürcüstan Gəlirlər Xidmətinin iş materiallarında mövcud olan rəsmi məktubu ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası DGK Əməliyyat-İstintaq Baş İdarəsinin 1-ci şöbəsinin böyük müstəntiqi X4 3-33/1014495/2025 nömrəli material üzrə icraat apararkən xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində gömrük əməkdaşları tərəfindən saxlanılmış 2005-ci il istehsalı olan "Mercedes Traveqo 17SHD A" markalı, **********651 şassi nömrəli, ** FA *** dövlət qeydiyyat nişanlı avtobusun 2006cı il istehsalı olan "Mercedes Traveqo 17SHD A" markalı, NMB**********2734 şassi nömrəli, ME-555-TN dövlət qeydiyyat nişanlı avtobus olduğunu sübut edə bilməmişdir. İş üzrə təyin edilmiş ekspertiza nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-3/128 9/815/2025 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan "Mercedes Traveqo 17SHD A" markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtobusun **********651 şassi nömrəsi ilə ban nömrəsini bildirən rəqəmlər kustar yollarla deyil, məhz zavod üsulu ilə həkk edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16/2-134446 nömrəli cavab məktubu ilə müəyyən edilir ki, "Mercedes Traveqo 17SHD A" markalı, **********651 şassi nömrəli, **-FA-*** dövlət qeydiyyat nişanlı avtobus xx.xx.2024-cü il tarixdən qeydiyyatdadır və bununla da təsdiq olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində gömrük əməkdaşları tərəfindən saxlanılmış 2005-ci il istehsalı olan "Mercedes Traveqo 17SHD A" markalı, **********651 şassi nömrəli, **-FA-*** dövlət qeydiyyat nişanlı avtobus Azərbaycan Respublikasının qüvvədə olan və bu sahəni tənzimləyən bütün qanunvericilik aktlarına əsasən Azərbaycan Respublikasında tam qanuni qaydada qeydiyyata alınmış nəqliyyat vasitəsidir və ona dair verilmiş sənədlər də qanunauyğun verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsinin əsas sübut növü məhz ondan ibarətdir ki, hüquqpozma törətmiş şəxs "başqa nəqlivvat vasitələrinə verilmiş dövlət qevdivvat nişanları ilə nəqlivvat vasitələrini idarə etməlidir" və bu hal hüquqpozma faktını aşkar edən vəzifəli şəxs tərəfindən foto, videoçəkiliş və digər rəsmi sənədlərlə təsdiq olunmaqla digər nəqlivvat vasitəsinə aid olan dövlət qevdivvat nişanı da faktiki olaraq həmin nəqlivvat vasitəsinin üzərində mövcud olmalıdır. Eyni zamanda, hüquqpozma faktının harada, nə vaxt, kim tərəfindən törədilməsi müəvvənləşdirilərək məhz hansı nəqlivvat vasitəsinin dövlət qeydivvat nişanının hansı digər nəqliyyat vasitəsinə vurulması iş materialları, foto və videogörüntülərlə sübut olunmalıdır. Sözügedən halda isə, X5 barəsində tərtib edilmiş 10 noyabr 2025-ci il tarixli İXP7577079 nömrəli inzibati xəta haqqında protokolda və inzibati xəta haqqında işin digər materiallarında da bu faktı sübut edən heç bir mötəbər sübutlar müəyyən edilməmiş, inzibati xəta haqqında protokolda qeyd olunan ME555TN dövlət nömrə nişanlı avtobusa kim tərəfindən, harada və məhz hansı dövlət nömrə nişanının vurulması qeyri-müəvvən qalmış, bir sözlə əməlin törədilməsi öz təsdiqini tapmamışdır. Bundan əlavə, gömrük əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılmış 2005-ci il istehsalı olan "Mercedes Traveqo 17SHD A" markalı, **********651 şassi nömrəli avtobusun üzərində onun saxlanılması zamanı məhz həmin avtobusa dair Azərbaycan Respublikasında tam qanuni qaydada verilmiş ** FA *** dövlət qeydiyyat nişanı olmuş və bu faktı təsdiq edən protokol, raport və izahatlar da inzibati xəta haqqında iş materiallarında mövcud olmuşdur. X12 Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin 1-ci şöbəsinin böyük müstəntiqi X2 qərəzli və əsassız mövqeyi əsasında qəbul edilmiş qərarda bu fakta düzgün hüquqi qiymət verilməyərək qanunsuz nəticəyə gəlinmişdir. Kürdəmir Rayon Polis X11 Polisi bölməsinin polis kapitanı X6 tərəfindən tərtib olunan İXP7577079 nömrəli inzibati xəta haqqında protokol və sonradan onun tərəfindən qəbul olunan 01 dekabr 2025-ci il tarixli TP ******* nömrəli qərar tam əsassız olaraq işin faktiki hallarını əks etdirməmiş, inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən sübutlar olmadan inzibati xəta haqqında protokolun tərtib olunması tam qanunazidd olmaqla yanaşı inzibati xəta haqqında iş üzrə qəbul olunmuş qərar da qanunsuz olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Kürdəmir rayon Yol Patrul Xidmətinin İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 100 manat məbləğində inzibati cərimə olunmuşdur; - Kürdəmir Rayon Məhkəməsinin 3(041)-905/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X5 "Mercedes Traveqo 17SHD A" markalı ME-555-TN dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 (bir yüz) manat məbləğində cərimə olunmuşdur. X5 barəsində 10 noyabr 2025-ci il tarixli İXP7577079 nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin 1-ci şöbəsinin böyük müstəntiqi X2 3- 33/1-014495/2025 nömrəli material üzrə qəbul etdiyi qərar göstərilmişdir. "Mercedes Traveqo 17SHD A" markalı ME-555-TN dövlət qeydiyyat nişanlı avtobusun mövcud gömrük qanunvericiliyinin tələb və şərtlərinə əməl edilməklə 13 mart 2020-ci il tarixdə Gürcüstandan müvəqqəti qaydada Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və xx.xx.2025-ci il tarixdə saat 03 radələrində Azərbaycan Respublikasının gömrük ərazisini tərk edərək Gürcüstana qaytarılması faktı gömrük orqanının vəzifəli şəxsləri tərəfindən gömrük xidmətinin X1 Sistemində aparılan qeydiyyatlarla, habelə Gürcüstan Gəlirlər Xidmətinin iş materiallarında mövcud olan rəsmi məktubu ilə öz təsdiqini tapmışdır. Cinayət işi başlamasının rədd edilməsi qərardan məlum olur ki, xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində gömrük əməkdaşları tərəfindən saxlanılmış 2005-ci il istehsalı olan "Mercedes Traveqo 17SHD A" markalı, **********651 şassi nömrəli, ** FA *** dövlət qeydiyyat nişanlı avtobusun 2006-cı il istehsalı olan "Mercedes Traveqo 17SHD A" markalı, NMB**********2734 şassi nömrəli, ME-555-TN dövlət qeydiyyat nişanlı avtobus olduğu müəyyən edilməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-3/128 9/815/2025 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan "Mercedes Traveqo 17SHD A" markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtobusun **********651 şassi nömrəsi ilə ban nömrəsini bildirən rəqəmlər kustar yollarla deyil, məhz zavod üsulu ilə həkk edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16/2-134446 nömrəli cavab məktubu ilə müəyyən edilir ki, "Mercedes Traveqo 17SHD A" markalı, **********651 şassi nömrəli, **-FA-*** dövlət qeydiyyat nişanlı avtobus xx.xx.2024-cü il tarixdən qeydiyyatdadır və bununla da təsdiq olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində gömrük əməkdaşları tərəfindən saxlanılmış 2005-ci il istehsalı olan "Mercedes Traveqo 17SHD A" markalı, **********651 şassi nömrəli, **-FA-*** dövlət qeydiyyat nişanlı avtobus Azərbaycan Respublikasının qüvvədə olan və bu sahəni tənzimləyən bütün qanunvericilik aktlarına əsasən Azərbaycan Respublikasında tam qanuni qaydada qeydiyyata alınmış nəqliyyat vasitəsidir və ona dair verilmiş sənədlər də qanunauyğun verilmişdir. İş materiallarında foto, videoçəkiliş və digər rəsmi sənədlərlə bir digər nəqliyyat vasitəsinə aid olan dövlət qeydiyyat nişanının digər nəqliyyat vasitəsinin üzərində mövcud olmasını təsdiq edən sübut müəyyən edilməmişdir. Bundan əlavə, gömrük əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılmış 2005-ci il istehsalı olan "Mercedes Traveqo 17SHD A" markalı, **********651 şassi nömrəli avtobusun üzərində onun saxlanılması zamanı məhz həmin avtobusa dair Azərbaycan Respublikasında tam qanuni qaydada verilmiş ** FA *** dövlət qeydiyyat nişanı olmuş və bu faktı təsdiq edən protokol, raport və izahatlar da inzibati xəta haqqında iş materiallarında mövcud olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasım, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 342.7-ci maddəsinə əsasən dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə 100 manat məbləğində cərimə edilir. 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, X3 Kürdəmir rayon Yol Patrul Xidmətinin İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şikayət təmin olunsun. Kürdəmir rayon Yol Patrul Xidmətinin X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar