Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-115/2024 30.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 11.45-də Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Kürdəmir rayonu Qaraqocalı kəndində qeydiyyatda olan və yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ: Şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarında narkotik vasitə olan 0, 08 qram narkotik vasitə olan qrudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamışdır. Şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin çəkisi şəxsi istehlak miqdarında olduğundan Kürdəmir rayon polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, Şəxs inzibati məsuliyyətə cəlb olunması qərara alınmış və barəsində inzibati xəta haqqında xx.xx.2024-cü il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq xx.xx.2024-cü il tarixdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törədən Şəxs özü əvvəllər narkotik vasitədən istifadə etməmişdir.xx.xx.2024-cü il tarixdə toya getmiş və stolun üzərində büküm görmüş və bükümü açanda içərisində marixuana olduğunu görmüşdür. O, marixuananı cibinə qoyub çölə çıxanda atacağını fikirləşmişdir. O,toydan çıxıb evə gedəndə polis əməkdaşları ona yaxınlaşmış və ona qanunsuz olaraq üzərində narkotik vasitənin gəzrməkdə şübhəli olduğunu bildirərək Kürdəmir RPŞ-nə gətirib 2 nəfər hal şahdi və müdafiəçinin iştirakı ilə üzərində baxış keçirilmiş və o, cibində saxladığı narkotik vasitəni polis əməkdaşlarına təhvil vermişdir. Əməlindən peşmandır. İş materiallarına cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda xx.xx.2024-cü il tarixli,18/117 nömrəli ekspert rəyində göstərilir ki, Şəxs üzərindən aşkar olunaraq götürülən təmiz çəkisi-0,08 qram narkotik vasitə olan qruulmuş marixuanadır. Şəxs əməli özünün etirafı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, o, narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarında öz üzərində gəzdirmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs cəza təyin edərkən onun əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmişşəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Protokola əlavə edilmiş 28.01.224-cü il tarixli, AZA 000280 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18.00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib barəsində 15 (on beş) gün inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 28 yanvar 2024-cü il tarixdən hesablansın. Kürdəmir rayon polis şöbəsində maddi sübut kimi saxlanılan Şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan nakotik vasitə olan qrudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-115/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-115/2024
30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver